• cümə axşamı, 28 mart, 23:35
  • Baku Bakı 13°C

Hüseyn Mahmudov: “Erməni işğalçılarının növbəti cinayətinin şahidi oluruq”

06.10.22 12:36 786
Hüseyn Mahmudov: “Erməni işğalçılarının növbəti cinayətinin şahidi oluruq”

“Bu gün biz Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan vətəndaşlarını qətlə yetirmiş erməni işğalçılarının növbəti cinayətinin şahidi oluruq”.

"Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonu Edilli kəndində aşkar edilmiş daha bir kütləvi məzarlığa səfəri zamanı deyib.

"Dünyada kütləvi məzarlıqlar müharibə və münaqişələri, təqib olunan əhalinin faciəsini xatırladır ", - o deyib.

H.Mahmudov əlavə edib ki, aşkar edilmiş məzarlıqda bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına kömək edəcək vacib sübutlar var.

General-mayor bunun aşkar edilən üçüncü deyil, əslində, dördüncü kütləvi məzarlıq olduğunu və ümumilikdə 25 nəfərin qalıqlarının tapıldığını əlavə edib.

"Burada aşkar edilən əşyalar həmin şəxslərin Azərbaycan ordusunun hərbçiləri olduğunu təsdiq edir. Biz xalqımızın başına gələnləri, erməni işğalçılarının hansı cinayətləri törətdiyini göstərmək üçün buradayıq. Bunlar sadəcə, kütləvi məzarlıqlar deyil, hər bir məzarın arxasında ayrı-ayrı insanların həyat hekayəsi var”, - o deyib.

banner

Oxşar Xəbərlər