• şənbə, 10 May, 07:46
  • Baku Bakı 15°C

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

10.05.25 00:06 87
Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub. Bu barədə "Report"a DTX-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra DTX-nin akt zalında keçirilmiş tədbirdə çıxış edən Əli Nağıyev Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik şərəfli fəaliyyəti, dahi rəhbərin bu təsisatın inkişafındakı müstəsna xidmətləri, eləcə də təhlükəsizlik təşkilatının milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar barədə ətraflı söhbət açıb.

banner

Oxşar Xəbərlər