• cümə, 19 Aprel, 19:45
  • Baku Bakı 24°C

Fergus Auld Britaniyanın Azərbaycanda maliyyələşdirdiyi layihələrlə tanış olacaq

25.01.23 11:00 876
Fergus Auld Britaniyanın Azərbaycanda maliyyələşdirdiyi layihələrlə tanış olacaq

Britaniya səfiri Fergus Auld Azərbaycanın rayonlarında Krallığın maliyyələşdirdiyi layihələrlə tanış olacaq.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld tviter hesabında yazıb. “Bu gün Ağcabədi və Beylaqana yola düşürəm. Bu bölgələrdə rayon başçıları ilə görüşüb, Böyük Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacam”, - Fergus vurğulayıb.

“İşgüzar səfərim çərçivəsində həm də səyahət etdiyim rayonlar siyahısına daha ikisi əlavə olunacaq. Necə deyərlər, həm ziyarət, həm ticarət”, - səfir əlavə edib.

banner

Oxşar Xəbərlər