• çərşənbə axşamı, 16 aprel, 15:46
  • Baku Bakı 19°C

Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər

30.05.23 09:00 860
Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər

Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "Twitter" hesabında Ermənistan parlamentinin spikeri Alen Simonyanın paylaşımına cavabında bildirib.

"Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı:

Birincisi, İkinci Dünya Müharibəsi abidəsini dağıdan, İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silib, Laçının işğalı ilə bağlı yazıları və 1992-ci ilin mayında onu yandıran erməni terrorçularının siyahısını yazan məhz Ermənistandır.

İkincisi, Ermənistanın spikeri və baş nazirin (Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan) ən yaxın adamı Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti dəfə hücum etmiş olur.

Üçüncüsü, Ermənistan liderləri yalançı ritorikadan əl çəkməli, Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!", - deyə A.Hacızadə bildirib.

banner

Oxşar Xəbərlər