• cümə, 26 Aprel, 11:45
  • Baku Bakı 12°C

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqelərini atəşə tutub

30.07.22 12:07 3547
Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqelərini atəşə tutub

İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

banner

Oxşar Xəbərlər