• cümə, 26 Aprel, 17:40
  • Baku Bakı 23°C

Elmar Əliyev: "İfadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir"

19.08.22 18:15 936
Elmar Əliyev: "İfadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir"

"Daşkəsən Rayon İcra Hakimiyyəti olaraq 18.08.2022-ci il tarixdə “Made in Azerbaijan” Youtube kanalında, həmçinin kanalın Facebook sosial şəbəkəsində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin guya Fövqəladə Hallar Nazirliyində son günlər baş vermiş hadisələrlə bağlı müsahibə verməsi və “MağaraMedia” Youtube kanalında yayımlanmış “Daşkəsənin icra başçısı Əhəd Abıyevin milyardlıq sərvəti - SİYAHILAR” başlıqlı verilişə kəskin münasibət olaraq bildiririk ki, əvvəla Əhəd Abıyevin Fövqəladə Hallar Nazirliyi, o cümlədən heç bir əxlaq normasına sığmayan  “uzunqulaqla yayılmış video” barəsində ümumiyyətlə heç bir müsahibəsi olmamışıdır. Bu, yalandır və xaricdən ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparan bəzi üzdəniraq, falabaxan blogerlərin uydurmasıdır".

Bu barədə Kaspi.az-a Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev bildirib.

O qeyd edib ki, “MağaraMedia” Youtube kanalında guya Əhəd Abıyevin milyardlıq mülklərinin olması barəsində həyasızcasına səsləndirilən fikirlər də tamamilə yalandır, əsassızdır, şərəfsizlikdir, 3 il bundan əvvəl əsassız və qərəzli formada yayımlanmış qarayaxma kampaniyasının tərkib hissəsidir: "Eyni həmin əsassız, uydurma, şər-böhtan xarakterli mülklər siyahı təsdiqini tapmadığı üçün elə o vaxt bir sıra saytlarda, habelə “Kanal13-də” və “Hürriyyət”də təkzib edilmişdir. Həmçinin Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, tam yalan məlumatlardan ibarət siyahı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmiş və məhkəmənin hökm ilə həmin əsassız siyahını yayan cavabdeh şəxslərin barəsində məsuliyyətə cəlb olunmaqla hüquqi tədbirlər görülmüşdür".

İcra hakimiyyəti rəsmisi deyib ki, bu gün bilərəkdən məkrli niyyətlə hazırlanan, şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən bəzi üzdəniraq blogerlərin qərəzli çıxışları Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələmək məqsədi güdür: "Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdırmağa hesablanmış həmin əsassız, yalan məlumatların heç bir əsası yoxdur, bu, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir". 

 

banner

Oxşar Xəbərlər