• çərşənbə axşamı, 23 aprel, 12:57
  • Baku Bakı 24°C

Elçin Quliyev İsrailin müdafiə nazirini təbrik edib

01.02.23 12:31 507
Elçin Quliyev İsrailin müdafiə nazirini təbrik edib

Fevral ayının 1-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı baş tutub.

Dövlət Sərhəd Xidmətindən Kaspi.az-a verilən məlumata görə, telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə cənab Qallantı təbrik edib.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

banner

Oxşar Xəbərlər