• çərşənbə, 30 Oktyabr, 11:02
  • Baku Bakı 7°C

Dünya səyyahları Laçında 

27.07.24 00:16 3055
Dünya səyyahları Laçında 

Dünyada ən çox tanınmış dörd nəhəng səyyah klublarından biri olan ABŞ-nin MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir. Səfərin marşrutuna müvafiq olaraq səyyahlar Kəlbəcərdən Laçına gəliblər.

Onlar şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Məlumat verilib ki, hazırda Laçın şəhəri ilə bərabər rayonun Zabux və Sus kəndlərində də sakinlər öz doğma yurdlarına qayıdıblar. Bildirilib ki, Laçın şəhərində 534 ailə olmaqla 1971 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb. 

Qeyd edək ki, son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olublar. 

banner

Oxşar Xəbərlər