• çərşənbə axşamı, 21 yanvar, 03:18
  • Baku Bakı 4°C

Dövlət Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət edib

03.09.22 07:00 954
Dövlət Yol Polisi yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti iştirakçılarına müraciət edib.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Əsasən də çoxları üçün məzuniyyət dövrünün başa çatması paytaxt ərazisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses daha da intensivləşir.

“Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı şəhərin real hərəkətini düzgün qiymətləndirməyi hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik. Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq. Bir daha qeyd etdiyimiz məsələlərlə bağlı hərəkət iştirakçılarını məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!”, - deyə İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli vurğulayıb.

banner

Oxşar Xəbərlər