• şənbə, 20 Aprel, 01:58
  • Baku Bakı 15°C

Din xadimi olmaq istəyənlərə metodiki yardım göstərildi - FOTOLAR

11.06.22 12:15 1406
Din xadimi olmaq istəyənlərə metodiki yardım göstərildi - FOTOLAR

“İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” ilə bağlı iyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov Pərioğullar və Avşar kəndlərinin din xadimləri və din xadimi olmaq istəyən namizədlərlə görüşlər keçirib.

Kaspi.az Komitənin saytına istinadla xəbər verir ki, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin dini məsələlərdən məsul şəxsi Qədir Bağırov, rayonun polis şöbəsinin nümayəndəsi Məcnun Kamalov və din xadimlərinin iştirakı ilə bu qəbildən növbəti görüş Gədəbəydə baş tutub.

Təşkil edilən görüşlərdə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, reqlamenti və müsahibənin keçirilməsi qaydası iştirakçıların diqqətinə çatdırılıb. Din xadimi olmaq istəyən şəxslərə sənədlərlə bağlı müvafiq prosedur və attestasiya proqramı barədə metodiki yardım göstərilib.

Sonda görüş iştirakçıları sual və təkliflərini bildiriblər.

banner

Oxşar Xəbərlər