• cümə, 19 Aprel, 06:34
  • Baku Bakı 13°C

Deputat Naqif Həmzəyev növbəti vətəndaş qəbulu keçirib - FOTOLAR

26.05.23 18:19 369
Deputat Naqif Həmzəyev növbəti vətəndaş qəbulu keçirib - FOTOLAR

Millət vəkili Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Kaspi.az xəbər verir ki, görüş zaman millət vəkili vətəndaşların problemini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, məişət problemləri, təhsil və işlə təminat kimi məsələlərlə müraciət ediblər.

Səsləndirilən problemlərə diqqətlə yanaşan Naqif Həmzəyev qeyd edib ki, qaldırılan bütün məsələlər araşdırılaraq, nəzarətdə saxlanılacaq.

Qəbul zamanı millət vəkili Naqif Həmzəyev vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara məlumat veriləcəyini diqqətə çatdırıb.

 

banner

Oxşar Xəbərlər