• cümə axşamı, 25 aprel, 01:38
  • Baku Bakı 19°C

Deputat: Azərbaycanın AİB-ə üzv olan ölkələrlə dərin iqtisadi əlaqələri var

27.05.23 04:45 592
Deputat: Azərbaycanın AİB-ə üzv olan ölkələrlə dərin iqtisadi əlaqələri var

Azərbaycan bundan sonra da müstəqil xarici iqtisadi siyasətini davam etdirəcək. Bununla belə, Ermənistan istisna olunmaqla, ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzv ölkələri ilə dərin iqtisadi əlaqələri var və ötən il ikitərəfli ticarət dövriyyəsi 5 milyard dollardan çox olub.

AZƏRTAC xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O bildirib ki, 3,1 milyard dollar dövriyyə ilə Rusiya Azərbaycanın ən böyük idxalat tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyor olaraq üçdəbir 3 paya malikdir. Bununla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa dövlətləri olaraq qalır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur.

“Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı genişləndirir. Bu da ölkəmiz üçün qeyri-neft daxilolmaları baxımından vacibdir. Bu kontekstdən, şimal dövlətləri ilə müstəqil iqtisadi əməkdaşlıq sadəcə xarici ticarət dövriyyəsinin genişləndirilməsi deyil, həmçinin beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da önəmlidir”, - deyə deputat qeyd edib.

banner

Oxşar Xəbərlər