• çərşənbə, 24 Iyul, 20:08
  • Baku Bakı 30°C

Cəbrayılda kəhrizlərin bərpası istiqamətində layihə icra olunur - FOTO/VİDEO

31.05.23 16:59 2074
Cəbrayılda kəhrizlərin bərpası istiqamətində layihə icra olunur - FOTO/VİDEO

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə  başlanılıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən bərpa layihəsi çərçivəsində kənd ərazisində yerləşən altı kəhrizin bərpası nəzərdə tutulub.

Layihə kəhrizlərin bərpası sahəsində təcrübəyə malik Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə icra edilir.

Qeyd edək ki, müxtəlif mənbələrə əsasən, işğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub.  Əhali suya olan tələbatını məhz kəhrizlər vasitəsilə ödəyib. Lakin işğal dövründə mədəni irsimiz sayılan kəhrizlər Ermənistan tərəfindən dağıdılıb, çirklənməyə məruz qalıb.
Hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi Cəbrayılda yerləşən kəhrizlərin sayının müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi və bərpası istiqamətində araşdırma işlərini davam etdirir.

Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu ilin may ayının 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1 395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb.

banner

Oxşar Xəbərlər