• şənbə, 26 Iyul, 14:20
  • Baku Bakı 28°C

Cəbrayıla növbəti köç gerçəkləşib

26.07.25 00:12 113
Cəbrayıla növbəti köç gerçəkləşib

Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib. Şəhər daha 50 ailə olmaqla, 199 nəfərə qucaq açıb. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərinə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin dövlətimizin başçısının göstərişi əsasında Cəbrayıl şəhərində yenidən tikilən binalarda məskunlaşması üçün bütün şərait yaradılıb. Mənzillərin açarlarının təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər. Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

banner

Oxşar Xəbərlər