• cümə, 19 Aprel, 13:25
  • Baku Bakı 25°C

Cəbi Bəhramov: Qərbi Azərbaycan torpaqlarına geri dönmək haqqımızdır

06.08.22 02:15 1124
Cəbi Bəhramov: Qərbi Azərbaycan torpaqlarına geri dönmək haqqımızdır

Avqust ayının 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Burada “Qərbi Azərbaycan İcması” (QAİ) adlı qeyri-kommersiya təşkilatı təsis edildi. Toplantı zamanı yeni bir ictimai təşkilatın əsası qoyuldu. Belə ki, son 104 il ərzində Qərbi Azərbaycan torpaqlarından qaçqın, didərgin düşən, deportasiya olunan, soyqırımına məruz qalan həmvətənlərimizin övladları, varisləri toplanaraq dövlətimizin gücünə arxalandı. Prezident İlham Əliyevin yürütdüyü siyasəti əsas tutaraq bilavasitə tarixi torpaqlarımıza qayıtmaq, onlara qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün “Qərbi Azərbaycan İcması”nı yenidən təsis etdilər.

Bu fikirləri tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov söyləyib.

C.Bəhramov qeyd edib ki, İcmanın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvləri və rəhbərləri seçilib. Bundan əlavə, İcmanın Ağsaqqallar Şurası, Ziyalılar Şurası, Qadınlar Şurası və Gənclər Şurası yaradılıb.

QAİ-də Qərbi Azərbaycandan olan və respublikamızın elmi, ictimai həyatında fəal iştirak edən ziyalılar, deputatlar təmsil olunurlar. İcmanın əsas məqsədi Prezident İlham Əliyevin dediyi kimi, xalqımızın öz istəklərinə, arzularına qovuşmasıdır, yəni, Azərbaycan dövlətinin apardığı siyasəti əsas götürərək tarixi torpaqlarımıza geri qaytarmaqdır. Çünki dövlətimizin başçısı da bunu dəfələrlə qeyd edib ki, Zəngəzur, İrəvan, Göyçə tarixi Azərbaycan topaqlarıdır. Biz azərbaycanlılar bu əraziləri öz dədə-baba torpaqlarımız sayırıq, tarixi həqiqət də belədir. Eyni zamanda, bu faktlar bütün xəritə, sənəd, arxivlərdə öz təsdiqini tapıb. Bizim bir millət, xalq olaraq haqqımız var ki, Qərbi Azərbaycan torpaqlarına geri dönək.

“Belə bir İcmanın təsis olunması təqdirəlayiq haldır. Qərbi Azərbaycan İcmasının fəaliyyəti üçün bütün şərait yaradılıb, dövlət tərəfindən də bu prosesə böyük qayğı göstərilir. Biz də Qərbi Azərbaycandan olan həmvətənlərimizlə birlikdə hər zaman dövlətimizin yanındayıq, Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirik. İnanırıq ki, tarixi torpaqlarımıza qayıdacağıq”,- deyə Cəbi Bəhramov vurğulayıb.

banner

Oxşar Xəbərlər