• şənbə, 01 Fevral, 06:48
  • Baku Bakı 0°C

Ballıcaya növbəti köç

01.02.25 00:04 81
Ballıcaya növbəti köç

Ağdamdan yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb. “Report”un verdiyi xəbərə görə, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak edib. 

Qeyd edək ki, son köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.

banner

Oxşar Xəbərlər