• cümə axşamı, 25 aprel, 20:53
  • Baku Bakı 21°C

Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Konfransı keçirilir

21.09.22 11:00 867
Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Konfransı keçirilir

Bu gün Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Konfransı işə başlayıb.

"Report" xəbər verir ki, sabah başa çatacaq tədbirin məqsədi Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühütinin daha dayanaqlı xarakter almasına töhfə verməkdir.

Konfransda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı bildirib ki, Azərbaycanda gənclərin kibertəhükəsizliyə marağı böyükdür: "Bizim universitetdə 5 ildir ki, "Kibertəhlükəsizlik" ixtisası tədris olunur. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclər məhz bu sahəni seçir. Bu il bizim universitetə dediyim sahə üzrə 150 nəfər daxil olub ki, onlardan ən az bal toplayanı 639 bal toplayıb".

banner

Oxşar Xəbərlər