• çərşənbə axşamı, 23 iyul, 18:04
  • Baku Bakı 31°C

Bakıda 15 yaşlı qız itkin düşüb

24.03.23 11:40 635
Bakıda 15 yaşlı qız itkin düşüb

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivi, nömrəsiz evdə yaşayan 15 yaşlı qız itkin düşüb.

"Report"un xəbərinə görə, bu barədə onun anası Nailə Hüsyenova Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verib.

O bildirib ki, 2008-ci il təvəllüdlü övladı Hüseynova Gülnarə Mirəli qızı martın 22-də xəbərsiz itkin düşüb.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PB-də araşdırma aparılır.

banner

Oxşar Xəbərlər