• cümə axşamı, 28 mart, 20:05
  • Baku Bakı 13°C

Azərbaycanla Kuba arasındakı əlaqələr müzakirə edilib

26.01.23 15:05 639
Azərbaycanla Kuba arasındakı əlaqələr müzakirə edilib

Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elşad Mirbəşiroğlu Kuba Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonla görüşüb.

Kaspi.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Kuba arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirə aparılıb. Azərbaycan və Kuba parlamentlərinin iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına yaxşı töhfə verə biləcəyi qeyd olunub.

Elşad Mirbəşiroğlu qeyd edib ki, bir sıra sahələr üzrə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.

Öz növbəsində Karlos Enrike Valdes de la Konsepsyon da vurğulayıb ki, Azərbaycanla Kuba arasında səmimi dostluq münasibətləri mövcuddur, ölkələrimiz BMT və Qoşulmama Hərəkatları çərçivəsində konstruktiv əməkdaşlıq edirlər və bir-birini dəstəkləyirlər.

Görüş zamanı əsasən parlamentlərarası təmasların sıxlaşdırılmasının və əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

 

banner

Oxşar Xəbərlər