• çərşənbə, 24 Aprel, 22:41
  • Baku Bakı 23°C

Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi yaxın illərdə 15 milyard dollaradək yüksələcək

18.03.23 14:00 618
Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi yaxın illərdə 15 milyard dollaradək yüksələcək

Azərbaycan və Türkiyənin ticarət dövriyyəsinin artması birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır.

Bu barədə deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanın əldə etdiyi Qarabağ Zəfərindən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. Son illər dövlətlərimiz arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib.

“Ötən il bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollar çatıb. Türkmənistan ilə ticarət dövriyyəmiz ötən il 105 milyon 23 min dollardan 535 milyon 397 min dollar yüksəlib. Özbəkistan ilə ticarətimizdə 64 faizlik artım qeydə alınıb - birgə dövriyyəmiz 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artıb. Mərkəzi Asiyanın digər Türk dövləti olan Qırğızıstan ilə də ticarət dövriyyəmizdə artım olub. İki dövlət arasındakı dövriyyə ötən il 17 faiz artaraq 9 milyon 18 min dollardan 2022-ci ildə 10 milyon 809 min dollaradək yüksəlib. Qardaş Türkiyə ilə dövriyyəmiz isə ötən il 6 milyard dollara yaxınlaşıb”, - deyə V.Bayramov qeyd edib.

banner

Oxşar Xəbərlər