şənbə, 02 Iyul, 03:37

Baku Bakı 22°C

Azərbaycanda vəkillərin sayı açıqlanıb

icon 192 icon 25 may 2022 | 13:00 Azərbaycanda vəkillərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov “Report”a açıqlamasında bildirib ki, hazırda vəkillərin sayı 2 135 nəfərdir. O qeyd edib ki, bu say daim dəyişir: "Çünki vəkilliyə qəbul olunan, dövlət qulluğuna keçən şəxslər olur. Əminliklə demək olar ki, gələn ay ərzində vəkillərin ayı 2 200 nəfəri ötəcək. Hazırda vəkilliyə namizədlər bütün mərhələlərdən keçib, imtahanı uğurla veriblər, Ədliyyə Akademiyasında kurslar tamamlanıb. Gələn ay ərzində çoxsaylı namizədləri vəkilliyə qəbul edəcəyik".

Sədr deyib ki, vəkil qadınların sayı isə 300 nəfəri ötüb: "Hazırda Qadın Vəkillərin Alyansı yaradılır. Bu gün Rəyasət Heyətinin iclasında Alyansın əsasnaməsi təsdiq olunacaq. Ümid edirəm ki, bu, səmərəli fəaliyyət göstərən qurum olacaq".