çərşənbə axşamı, 30 may, 19:22

Baku Bakı 33°C

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub

icon 263 icon 24 mart 2023 | 13:21 Azərbaycanda gün ərzində ikinci zəlzələ olub

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

Dərinliyi 9 km, maqnitudası 4 bal olan zəlzələ hiss edilməyib.

Saat 11:09-da isə İsmayıllı stansiyasından altı km şimalda, İsmayıllı rayonunda 4,2 bal təkan qeydə alınıb. Zəlzələnin dərinliyi 9 km olub.