cümə, 12 Avqust, 06:20

Baku Bakı 22°C

Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunədir

icon 194 icon 06 avqust 2022 | 14:45 Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunədir

Azərbaycanda dünyaya nümunə ola biləcək unikal dövlət-din münasibətləri modeli formalaşıb. Bu model dünya ölkələri üçün bir nümunədir və ölkəmiz dünyada multikultural ənənələri ilə böyük nüfuz qazanıb.

Bunu Kaspi.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, hazırda ölkədə dövlət-din münasibətləri ən yüksək səviyyədə tənzimlənməkdədir.

“Ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənərək dövlət siyasətinin əsas istiqamətinə çevrilin. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir” fikri heç də təsadüfi söylənməyib”, - deyə Ş.Həsənli bildirib.

O qeyd edib ki, Azərbaycanda müxtəlif din təmsilçiləri həmişə dinc və yanaşı yaşayıblar.

“Bu gün Azərbaycanın dövlət siyasəti məhz bu istiqamətdə həyata keçirilir. Bütün dinlərə, xüsusən islam dininə xüsusi münasibət var.

Azərbaycanda dinə qarşı nümunəvi münasibət formalaşıb. Bu, indiki dövrdə çox zəruridir. Çünki hazırda dindən sui-istifadə edilməklə dünyanın bir çox ölkələrində qarşıdurma yaradılır, dövlətlər dindən siyasi alət kimi istifadə edir. Dövlətləri, cəmiyyətləri parçalamaq üçün dindən sui-istifadə olunur. Belə bir vəziyyətdə Azərbaycanda dövlət-din münasibətlərinin bu səviyyədə olması olduqca vacibdir”, - deyə o əlavə edib.