Azərbaycanda apteklərdə qanunsuz satılan dərmanlar müsadirə edilib
Azərbaycanda apteklərdə qanunsuz satılan dərmanlar müsadirə edilibgoogle.az
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin ötən ay apteklərdə keçirdiyi planlı və plandankənar yoxlamaların nəticələri açıqlanıb.
“Report”un məlumatına görə, iyunun 1-dən 30-dək 40 aptekdə yoxlama keçirilib.
Müsadirə olunan qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 10 adda, 35 qutu təşkil edib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 7 protokol tərtib edilib.