• cümə, 19 Aprel, 01:04
  • Baku Bakı 18°C

Azərbaycanda 7 min manatdan çox maaş alan tibb işçiləri var

13.05.22 13:52 804
Azərbaycanda 7 min manatdan çox maaş alan tibb işçiləri var

“Son bir il ərzində qeyri-tibb heyəti üzrə ölkədə minimum maaş 294 manatdan 406 manata çatdırılıb. Bu isə təxminən 38 faiz artım deməkdir”.

Kaspi.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, maaşın yuxarı həddi isə 665 manatdan 7 123 manata çatdırılıb: “Son bir il ərzində orta tibb heyəti üzrə maaş 294 manatdan 506 manata çatdırılıb. Bu da təxminən 72 faiz artım deməkdir. Bu isə o deməkdir ki, mövcud sistem işlədikcə həkimlərlə yanaşı, həm orta tibb heyətinin, həm də qeyri-tibb heyətinin maaşı artacaq”.

banner

Oxşar Xəbərlər