şənbə, 02 Iyul, 02:21

Baku Bakı 22°C

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin görüşünün keçirilməsi təklif edilir

icon 217 icon 25 may 2022 | 17:30 Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin görüşünün keçirilməsi təklif edilir

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrlərinin görüşünün keçirilməsi təklif olunur.

Bu barədə “Report”un yerli bürosuna müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

O, ötən həftə üç ölkə parlamentinin xarici əlaqələr komitələrinin sədrlərinin Azərbaycanda toplandığını qeyd edib: “Bu formatda görüş hər il keçirilir. Fikrimcə, parlamentarilərin, xalq nümayəndələrinin bir araya gəlməsi böyük əhəmiyyət daşıyır. Bu, xarici işlər nazirlərinin ölkələrin yerləşdiyi regionun vəziyyətini və inkişafını müzakirə etmək üçün müntəzəm olaraq bir araya gəlməsi faktından daha vacibdir. Çünki imzaladığımız bütün müqavilələr təsdiqlənməsi üçün qanunverici orqana təqdim edilir.

Üçtərəfli əməkdaşlığı fərqli sahələrdə inkişaf etdirmək lazımdır. Məsələn, parlament sədrlərinin üçtərəfli görüşü. İnşallah, düşünürəm ki, bir gün bu, mütləq baş verəcək”. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.