• cümə axşamı, 02 may, 02:11
  • Baku Bakı 15°C

Azərbaycan Prezidentinin Avrasiya İqtisadi Şurasının iclasına dəvət olunması ölkəmizin nüfuzundan xəbər verir

27.05.23 05:45 471
Azərbaycan Prezidentinin Avrasiya İqtisadi Şurasının iclasına dəvət olunması ölkəmizin nüfuzundan xəbər verir

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycana xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən xüsusi önəm verilir. Ali Avrasiya İqtisadi Şurası da bu baxımdan ölkəmizə mühüm dəyər verən qurumlardan biridir. Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışı zamanı “Azərbaycanın ikitərəfli formatda təşkilata (Ali Avrasiya İqtisadi Şurası) üzv ölkələrlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün – həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir” deməsi ölkəmizin nəinki regionda, hətta dünyada önəmli rol oynadığını bir daha təsdiqləyir.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev də iclasdakı çıxışında ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verdiyini bildirib: “Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik”.

Azərbaycanın bu qurumun iclasında qonaq qismində, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə iştirakına diqqət çəkən Vüqar İskəndərov əlavə edib: “Azərbaycan bu quruma üzv ölkələrlə (Ermənistan istisna olmaqla) sıx iqtisadi-ticarət əlaqələrinə malik olsa da, son iclasda iştirak heç də bu təşkilata üzv olacağımız demək deyil. Yəni, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı var. Bu isə təbii ki, bizə müstəqil xarici siyasəti reallaşdırmağa imkan verir. Bu baxımdan qeyd etməliyik ki, tədbirdə qonaq kimi iştirak edən Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzvlüyü müzakirə mövzusu deyildir”.

banner

Oxşar Xəbərlər