Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır
 
                    Azərbaycan hökuməti ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərcləri 1 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərcləri 1 000 milyon manat artırır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 070 milyon manat təşkil edəcək.
 
                 
         Bakı 17°C
 Bakı 17°C
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                