• cümə axşamı, 26 dekabr, 23:28
  • Baku Bakı 9°C

Azərbaycan İqlim İnvestisiya Fondu yarada bilər

13.07.24 00:06 2833
Azərbaycan İqlim İnvestisiya Fondu yarada bilər

Azərbaycan noyabr ayında keçiriləcək BMT-nin COP29 sammiti ərəfəsində iqlim maliyyələşdirməsini cəlb etmək üçün ilk simvolik addımını ataraq, "yaşıl layihə"lər üçün ən azı 500 milyon ABŞ dolları cəlb etmək planları ilə çıxış edib.

Bu barədə “Report” “Financial Times”a istinadən xəbər verir. COP29-un yüksək rütbəli rəsmisi bildirib ki, Bakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə “Gələcək üçün İqlim İnvestisiya Fondu” adı altında müəssisə yaratmağı planlaşdırır. Bu fond digər qalıq yanacaq istehsalçılarından əlavə kapital cəlb etməyə çalışacaq.

COP29 rəsmiləri bildiriblər ki, Azərbaycan fondu qalıq yanacaq şirkətlərinin töhfəsi üçün başlanğıc nöqtəsi olacaq və onların ya birdəfəlik məbləğlər, ya da gəlirlərinin bir hissəsini ianə edə biləcəyi bir mexanizm yaradacaq.

COP29-un yüksək rütbəli rəsmisi bildirib ki, iqlim yönümlü fonddan əldə edilən investisiya gəlirləri təkrar fonda qaytarılacaq və Azərbaycan rəsmiləri hazırda sərmayənin 50 %-ni ekstremal hava hadisələrindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələri əhatə etməsini müzakirə edirlər.

 

banner

Oxşar Xəbərlər