• şənbə, 20 Aprel, 07:33
  • Baku Bakı 14°C

Azərbaycan dağıdılmış ərazilər üçün böyük investisiyalar qoyur - RƏY

22.03.23 20:30 754
Azərbaycan dağıdılmış ərazilər üçün böyük investisiyalar qoyur - RƏY

Yüz ildən çoxdur ki, bizim üçün çətin olan, tarixin mürəkkəb dövründə Türkiyə daim Azərbaycanın yanında olub, imkanı çatan bütün köməyini, canını əsirgəməyib. Eyni şəkildə Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Bildiyiniz kimi, Türkiyədə baş vermiş güclü zəlzələdə 50 minə yaxın insan həyatını itirib, ondan artıq şəhər, kənd və qəsəbə dağılıb. Bu səbəbdən hazırda Türkiyənin yardıma ehtiyacı var. Bu yardımı dövlətimiz, eyni zamanda, xalqımız da edir. Bu, ümumxalq yardımdır. İmkanları o qədər yaxşı olmayan insanlar var ki, amma hər biri bacardığı qədər bu işə dəstək verib, verməyə də davam edəcəklər.

Bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov söyləyib.

O bildirib ki, ermənilər 30 il müddətində Qarabağı tamamilə dağıdıb və Azərbaycan həmin ərazilər üçün böyük investisiyalar qoyur. Bu investisiyaların hamısı Azərbaycanın öz daxili imkanları hesabınadır. Eyni zamanda, Prezident İlham Əliyev Türkiyədə zəlzələ nəticəsində dağılmış şəhərlərin, kəndlərin və digər inzibati ərazilərin bərpasını elə Qarabağın bərpası qədər vacib sayır. Bu baxımdan Türkiyənin zəlzələdə dağılmış ərazilərinin bərpası üçün açıqlanan 100 milyon dollar heç də təəccüblü deyil.

“Hesab edirəm ki, bəlkə də bu yardımlar daha böyük olacaq. Başlanğıc üçün bu belə planlaşdırılıb. Ola bilsin ki, bərpa və quruculuq işləri zamanı bu rəqəm bir qədər də artacaq. Bu çətin zamanda qardaş Türkiyəyə kömək etmək lazımdır. Azərbaycan dövlətinin bundan sonrakı yardımlarını da xalqımız alqışlayacaq”, - deyə hüquq müdafiəçisi qeyd edib. (Azərtac)

banner

Oxşar Xəbərlər