• çərşənbə, 24 Aprel, 12:17
  • Baku Bakı 27°C

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

04.10.22 15:15 510
Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.

Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

banner

Oxşar Xəbərlər