Yeni müqavilədən imtina etdi, PSJ hərəkətə keçdi
"Mançester
Yunayted” qapıçısı David De Heaya yeni müqavilə təklif edib.
Kaspi.az xəbər
verir ki, David bu təklifdən imtina edib. İspaniyalı qapıçı həftədə 350 min
funt sterlinq məvacib tələb edirdi.
Ancaq klubun təklif
etdiyi müqavilədə daha az məvacib göstərilib. Buna görə də, David yeni müqavilədən
imtina edib.
Bundan sonra
PSJ-nin hərəkətə keçdiyi bildirilir. Maraqlıdır ki, Paris klubu ispan qapıçıya
istədiyi məvacibi verməyə hazırdır.
Onu da qeyd edək
ki, Davidin MY ilə qüvvədə olan müqaviləsi 2020-ci ilin yayında başa çatır.