• cümə, 19 Aprel, 00:26
  • Baku Bakı 18°C

Vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıldı

06.04.20 12:22 493
Vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıldı
Bu gündənTəhsil Nazirliyinin yeni 146-3 "Qaynar xətt" xidməti fəaliyyətə başlayıb.
Koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin rejimi elan olunduğundan evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən "Qaynar xətt" xidməti ilə əlaqə yarada bilərlər.
Müraciət edənhər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil ediləcək, lazımi dəstəklə təmin olunacaqlar.
146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər