Qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr
Milli Məclisdə "Keyfiyyətli qida sağlamlığa zəmanətdir" mövzusunda ictimai dinləmələr keçiriləcək.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qurumun iclasında bildirib. Onun sözlərinə görə, dinləmələr Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə təşkil olunacaq: "Bu, həm "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nın təbliği, qarşıda duran vəzifələrin əhaliyə çatdırılması baxımından çox vacibdir".