Uşaqların maestrosu
Əfsər Cavanşirov Azərbaycandauşaqların səs
diapazonlarına uyğun mahnılar yazan istedadlı bəstəkar idi
"Oyun
oyuncaqlarım”, "Qurban olum”, "Olmasın”, "Quşlar”, "Mübarək”, "Tonqal” və digər
mahnıları "Bənövşə” uşaq xorunun ifasında səslənəndə istər-istəməz bəstəkarının
Əfsər Cavanşirov olduğunu xatırlayırsan. Bizi uşaqlıq illərimizə qaytaran,
şirin-şirin ovudan mahnılar bu gün də oxunanda qəlbimizdən bir nisgil keçir.
Bəli, böyük bir nəsil məhz bu mahnıları eşidərək, zümzümə edərək böyüyüb. Azərbaycan
bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Əfsər Cavanşirovun yazdığı həmin mahnılar
bu gün də radio dalğalarından, efirdən səslənir və dinləyicilərinə xoş ovqat
bəxş edir.
Görkəmli bəstəkarFüzulirayonununHoradizkəndində
doğulub.O, Qarabağın adlı-sanlı Cavanşirlər nəslindən idi. Erkən
yaşlarından valideynlərini itirən Əfsər xalası Zərəfşan xanımın himayəsi
altında böyüyüb. Həyatın çətinliyi, valideynlərinin itkisindən doğan ağırlıq
onu yaşından erkən böyüdüb. 1948-ci
ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirib. Musiqi sənətinə
olan sevgisi və istedadı onu elə bu sənətin yolçusu olmağa yönləndirib. Bakı
Musiqi Texnikumuna daxil olub.1952-ci
ildə texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
fakültəsinə qəbul olub. ProfessorCövdət Hacıyevinsinfində oxuması onun
gələcəkdə istedadlı bəstəkar kimi yetişməsində rol oynayıb. Gənc bəstəkar elə Konservatoriyanı
bitirən il Dövlət Teleradio Verilişləri
şirkətinin "Bənövşə” uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri təyin
olunur.
Sərbəst yaradıcılıq yoluna qədəm qoyduqdan sonra Əfsər Cavanşirov həm
iri həcmli, həm də miniatür janrlarda əsərlər yazıb. Bəstəkarın yaradıcılığında
əsasən simfonik musiqi janrı yer alıb. O, 7 simfoniya, pоеmalar, akakapеlla
xоru və uşaq xoru üçün əsərlər, simli kvartet, romanslar, xor əsərləri və s.
yazıb. Xüsusən bəstəkarın «Ən əziz ad»
vokal simfonik poeması, «Gəncliyin səsi» kantatası, xalq çalğı alətləri
orkestri üçün «Azərbaycan Vətənim mənim» uvertürası dinləyicilərin rəğbətini
qazanıb.
Uzun illər Dövlət Tеlеradiо Verilişləri Şirkətinin "Bənövşə” uşaq
xоrunun və rəqs ansamblının bədii rəhbəri olan bəstəkar böyük bir musiqiçi
nəslinin yetişməsində rol oynayıb.
"Bənövşə”
1958-ci ildə Azərbaycan Dövlət Televiziya və
Radiosunun nəzdində yaradılan «Bənövşə» uşaq xoru məhz Əfsər Cavanşirovun adı
ilə bağlıdır. "Bənövşə” Uşaq Xorunun
yaranmasının maraqlı tarixçəsi var. Belə ki, Azərbaycan Dövlət Televiziyasının
sədri TeymurElçin bəstəkarı çağıraraq, televiziyanın nəzdindəuşaqxoruyaratmağı
təklifedir.
Ə.Cavanşirovrazılıqverdikdən sonra 1958-ciilsentyabrayının
15-də Azərbaycan Dövlət Televiziyasının nəzdində "Bənövşə”UşaqXoruyaradılır.Xorunilkbədii rəhbəri
ƏfsərCavanşirovolur. "Bənövşə”UşaqXorununyaranmasının
əsas səbəblərindənbiribuidiki, bəstəkarlar böyük
əsərlər yazmaqla bərabər, uşaqlar üçün də mahnı yazsınlar. Təbii ki, bu
mahnıları ifa edə biləcək bir kollektiv də lazım idi. Bununla da ”Bənövşə” Uşaq
Xoru yaradılır. Artıqbirçoxbəstəkarların yazdığı uşaq mahnıları bu
kollektivin ifasında səslənirdi.
50
ildən artıq müddət ərzində bəstəkarın rəhbərlik etdiyi bu xor kollektivində bir
neçə nəsil formalaşıb. Azərbaycan dinləyicilərinin böyük məhəbbətini
qazanmış «Bənövşə» Uşaq Xorunda müxtəlif illərdə xalq artistləri Xuraman
Qasımova, Flora Kərimova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Firuzə
İbadova, Azərin, Zülfiyyə Xanbabayeva kimi neçə-neçə istedadlı vokalçı və xanəndə
yetişib. Məhz buna görə də Əfsər müəllimi elə gəncliyindən "uşaqların
maestrosu” adlandırırdılar.
Ə.Cavanşirov 1982-ci ildə respublikanın Əməkdar Mədəniyyət İşçisi və
"Qabaqcıl maarif xadimi” fəxri adlarına layiq görülüb.
Bir
çox bəstəkarların da mahnıları var ki, ilk dəfə məhz "Bənövşə” Uşaq Xorunun
ifasında səslənərək "yaşamaq” hüququ qazanıblar. Məsələn, uşaqların da,
böyüklərin də sevə-sevə dinlədiyi "Yeni il gəldi” mahnısı.
Mahnının yaranmasının maraqlı tarixşəsi var:
1960-cı ildə, Yeni il şənliyi ərəfəsində Azərbaycan Dövlət Televiziya və
Radiosunun təzə yaranmış "Bənövşə” uşaq xoru üçün bəstəkar Musa Mirzəyev
sözləri Hikmət Ziyaya məxsus olan "Yeni il gəldi” adlı mahnı bəstələyir. Mahnı
uzun müddət Bədii Şuradan keçə bilmir. Nəhayət, bir neçə il keçdikdən sonra
mahnı Bədii Şura tərəfindən təsdiqlənir və uşaq xoruna ifa edilməsi üçün icazə
verilir. Elə ilk səslənmədən öz melodikliyi, uşaq ruhuna yaxınlığı ilə digər
mahnılardan seçilir. Yalnız 1965-ci ildə
"Bənövşə” uşaq xoru və solist Gülnarə Həşimovanın ifasında mahnı lentə
alınır və o videoyazı bu günə kimi Azərbaycan Televiziyasının "Qızıl fond”unda
qorunur.
Vaxtilə "Bənövşə” uşaq xorunda oxuyan və bu gün
tanınmış simalar var ki, onların bir çoxu bu mahının ifaçıları olmaq imkanı
qazanıblar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar
artist Şəfəq Əliyeva, Əməkdar artist Firuzə İbadova, Xalq artisti Azərin və
estrada müğənnisi Elnarə bu mahnını sevə-sevə ifa edərək öz repertuarlarında
yaşadırlar. Hazırda Yeni il şənliklərində bu mahnı əsas musiqilərdən biri kimi
səsləndirilir.
Xor üçün mahnılar
Əfsər
Cavanşirov vəfat etdikdən sonra - 2006-cı ildə tanınmış müğənni Mübariz
Tağıyevin təqdimatı ilə "Bənövşə” Uşaq Xoruna Zülfiyyə İbrahimova bədii rəhbər
seçilir.
Zülfiyyə
İbrahimova həyatını "Bənövşə” ilə bağlayan illəri belə
xatırlayır: "Mən2000-ci ildə "Bənövşə” Uşaq Xorundaköməkçixormeysterkimi işə başladım. Əfsər müəllimmənievinədəvətedərək,ritmikxüsusiyyətimi
yoxlayıb,dirijorluqbacarığımınəzərdənkeçirdi. O,
məni bir ay ərzində kollektivə götürməli idi. Ancaq elə ilk dərsdən qəbul etdi.
Məşqin sonunda mənə "sənədlərini hazırla” dedi. Əsasoidiki,Əfsərmüəllimdirijorluqistedadına baxmırdı.Əlbəttə,musiqiçiolmağın, musiqini duymağın kollektiv
üçün şərt idi. Amma "Bənövşə” Uşaq Xorunda
uşaqları sevməyin mütləq idi. Çünki Əfsər müəllim özü də uşaqları
çox sevirdi.
O,hərhansıbirəsəriişləməzdənəvvəluşaqlarlaünsiyyətqururdu,onlarlaəsərhaqqındadanışırdı.Hərbirxırdalıqlarınüzərindəişlədikdənsonraəsəribaşasalırdı.
Məşq zamanı yaxşı
oxuyan uşaqlara həmişə konfet paylayırdı. Onları bir-bir çağırır, «sən bu gün
yaxşı oxudun, solonu yaxşı ifa etdin»- deyə onları «mükafatlandırırdı». Ümumiyyətlə,
o, uşaqlara çox həssas yanaşırdı. Deyirdi ki, uşaqları incitmək olmaz. Düz
oxumasalar da, onlara həssas yanaşmaq lazımdır. Qoy inciməsin, növbəti dərsə də
həvəslə gəlsin”. Z.İbrahimova da Əfsər müəllimin yolunu eyni ilə davam etdirdiyini
deyir: "Mən Əfsər müəllimlə 5 il – 2000-ci ildən 2005-ci ilə qədər işlədim. O,
uşaqların səs diapazonunu gözəl bilir və onlar üçün mahnılar yazırdı. Bunu hər
bəstəkar bacarmır. Bəzən uşaqlar üçün elə əsərlər yazırlar ki, onların səsi
zildə və ya bəmdə aydın eşidilmir. Ancaq Əfsər müəllim bu baxımdan çox həssas idi. "Bənövşə”UşaqXorundabirçoxistedadlıinsanlar,
gözəl müğənnilər, müəllimlər, bəstəkarlaryetişdi.
Bəlkə də gələcəklərinimusiqiilədavametdirməsələr belə, "Bənövşə”UşaqXorumənəviqidakimionların həyatındaböyükbirroloynadı. Amma
onların əksəriyyəti bu gün ölkəmizin tanınmış musiqiçiləri, müğənniləridir”.
Z.İbrahimova deyir ki, Ə.Cavanşirovla
birlikdə çalışdığı illər ərzində "Bənövşə” Uşaq Xorunda sənətin bütün
incəliklərini öyrənib: "Nəzəriyyəni bilsəm də, praktika mənə daha çox kömək
edirdi. Fikrimcə, ƏfsərmüəllimAzərbaycandauşaqlarüçünçoxsəsliliyi
gözəl duyan və səs diapazonlarına uyğun
olaraq yazan bəstəkar idi. Əfsər müəllimin yazdığı bütün əsərlər tam xor
üçündür. O əsərləri elə bir vəziyyətdə
yazırdı ki, musiqini çoxsəsli ifa edərkən, heç bir səs bir-birinə mane olmurdu
və hər bir səsin öz melodik həddi var idi.
Bəzibəstəkarlarçoxqəlizyazırlarvəuşaqlarmahnınıifaedərkənçətinlikçəkirlər.AmmaƏfsərmüəlliminüçsəsliəsərindəüçsəsinhərbirininözmelodikhəddivaridi. Ona görə uşaqlar da o mahnını ifa edərkən heç bir
çətinlik çəkmirdilər”.
Z.İbrahimova ustadının əməyini yüksək
dəyərləndirərək qeyd edir ki, Əfsər müəllim uşaq musiqilərinin yaranmasında
böyük işlər görüb: "Heç bir kollektiv bu qədər ömür sürməyib. Elə kollektivlər
var ki, yaranır və bir müddət sonra dağılır. Bunun səbəb maddi çətinliklə
bərabər, peşkarlığın olmamasıdır. Amma "Bənövşə" Uşaq Xorunun bu günə qədər
fəaliyyət göstərməyinin əsas səbəbi həm dövlətin dəstəyi, həm də Azərbaycan
Dövlət Televiziyasının nəzdində olmasıdır. Çünki,heçbirkanaldauzunmüddət
fəaliyyət göstərən uşaq kollektivi yoxdur.
Z.İbrahimova söyləyir ki, görkəmli bəstəkarın bir çox tələbələri hazırda səhnəmizin xalq və ya əməkdar
artistləridir: "Mən bu gün də Əfsər müəllimin əsərlərini uşaqlarla işləyirəm.
Hərdən məndən soruşurlar ki, niyə məhz Əfsər müəllimin əsərləri ilə işləyirsən?
«Mən təkcə Əfsər müəllimin əsərləri ilə yox, bütün bəstəkarların əsərləri ilə
işləyirəm, ancaq Əfsər müəllimin əsərləri daha çox uşaqların səslərinə uyğun
olaraq yazılıb. Ona görə də uşaqlar bu mahnıları rahatlıqla oxuyurlar”- deyə
cavab verirəm”.
"Bənövşə” Uşaq Xoru bu gün də fəaliyyətini uğurla
davam etdirir. Yenə onu yaradan bəstəkarın ruhuna, xatirəsinə sadiq qalaraq
gələcəyin istedadlı musiqiçilərini, müğənnilərini yetişdirir.
Təranə
Məhərrəmova