• cümə, 29 Mart, 12:05
  • Baku Bakı 14°C

Türkiyədən gələn psixoloq heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub

21.01.21 12:37 372
Türkiyədən gələn psixoloq heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub
Türkiyədən Azərbaycana gələn 20 nəfər psixoloq heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olub.
APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili baş idarəsinin rəisi General-mayor Elşad Hüseynov, Tibbi və Psixoloji Yardımın Təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva və Türkiyədən gələn həkim nümayəndə heyəti ilk olaraq Ümumilli Lider Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər.
Daha sonra jurnalistlərin suallarını cavablandıran nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş bildirib ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də Türkiyə qardaş Azərbaycanın yanındadır: "Azərbaycanın torpaqlarını işğaldan azad etməsi bizi çox sevindirdi. Təəssüflər olsun ki, müharibədən sonra müəyyən fəsadlar da özünü göstərir. Rəhbərlik etdiyim nümayəndə heyəti Türkiyənin müxtəlif bölgələrindən cəlb olunan təcrübəli psixoloqlardır".

"Yaxın 1 ay ərzində həkimlərimiz burada şəhid ailələrinə, qazilərə və müharibədən zərər görmüş şəxslərə yardım üçün əllərindən gələni edəcəklər”, - deyə Səlcuk Demirtaş əlavə edib.
banner

Oxşar Xəbərlər