• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

SLAVYAN XALQLARININ MÜASİR POEZİYASI

28.11.16 12:19 10175
SLAVYAN XALQLARININ MÜASİR POEZİYASI
Slavyan xalqlarının poeziyasına həsr olunmuş "Əsrdən əsrə” XX-XXI əsr Serb poeziyası kitabı – Ön söz
Müasir Avropanın xəritəsinə nəzər salmaq kifayətdir ki, burada böyük hissəni Slavyan ölkələri xalqlarının təşkil etdiyini asanca görmək mümkün olsun. Əslində, həmişə belə olub. Amma XX əsrin 90-cı illərində baş verən məlum hadisələrdən sonra, sanki tamamlanmış və bitkin konfiqurasiyalarla zəngin yeni ölkələr meydana gəldi. Yeni siyasi reallıq tutarlı şəkildə özünü bəlli etdi. Bu yaxşı idi, yoxsa pis, bunu zamanın ixtiyarına buraxaq. Biz ancaq bu faktı qəbul etməyə və onu başa düşməyə çalışmalıyıq.
Mahiyyət etibarı ilə bütün slavyan ölkələri bu və ya başqa şəkildə xarakterik avtarkiya (özünü təmin etmə-X.N.) və öz qiymətli motivasiyalarına uyğun istiqaməti ilə müəyyən müsbət və mənfi xüsusiyyətlərin məxsus olduğu sosialist eksperimentin orbitinə daxil olmuşdu. Bu həmin xalqların mədəniyyəti və ədəbiyyatında özünü nəzərə çarpacaq dərəcədə göstərirdi. Lakin bütün slavyan xalqlarının arxasında öz minillik, tarazlıq və bərabərlik fikirlərinin təsiri altına düşməyən tarixi var. Əlbəttə ki, bütün bunlar olmadığı təqdirdə, slavyanların mentalitet və fikirlərinin tərzini anlamaq qeyri-mümkündür. Bu yerdə heç də sadə olmayan dil vəziyyətindən söz açmaq yerinə düşər. Əgər məsələn, Bolqariya və Polşada dilin məhdudlaşması prosesi baş verməmişdisə, keçmiş Yuqoslaviya ölkələrində vəziyyət o qədər də sadə deyildi, çünki ölkələrin ayrılması dilin az vaxt ərzində müstəqilləşmə vəziyyətinin daha möhkəm təsdiq edilməsinə hədəflənir. Ukraynada da vəziyyət eynidir. Çexiya və Slovakiyada da bəzi aspektlər var, amma burada vəziyyət nisbətən sadədir.
Lakin, dilin və mədəniyyətin inkişafı əlbəttə ki, bir anlıq proses deyil, buna yüz illərlə zaman sərf olunur. Həm də slavyan xalqları üçün söz olduqca böyük əhəmiyyət daşımışdır. Cənub slavyanlarında yazı dili ilk əlifbanın müəllifləri Kirill və Mefodinin zamanından başlanır, amma ona qədər feli yazı yaradılmasına cəhd olunmuşdu. Bu forma dilə uyğunlaşmasa da mədəniyyətdə öz izini qoydu. Yazı dilinə yiyələnmə prosesi xristianlaşdırma ilə paralel gedirdi, bu da əlbəttə ki, mədəniyyətin və ədəbiyyatın inkişafına bütövlükdə təsir edirdi. Və təkcə təsir etməklə qalmır, həm də təyinat anına çevrilirdi. Kiril dili universal kodların sistemi kimi cənub slavyanlarının da yazı əlifbasına çevrildi. Bununla bərabər ümumi geomədəni "kiril” məkanı yaranmış oldu. Qərb slavyanları ilkin mərhələdə bir çoxları kiril ilə yanaşı latın əlifbasından da istifadə edirdi. Bu, kilsənin dövlətdən ayrılmasından irəli gəlirdi ki, bu da həmin xalqların ədəbiyyatına və mədəniyyətinə də təsirsiz ötüşmürdü. Dillərin təməlinə nəzər salsaq, onların qohum dillər olduğuna şübhə qalmır. Slavyan ölkələri arasındakı münasibətlərin hər zaman fərəhli və sevincli olduğunu deyə bilmərəm. Onlar bəzən dostluqdan müharibəyə keçəcək qədər tərəddüd içərisində olurdular. Əsrin tarixində onlarla bu cür nümunə var. Ədəbiyyat isə, ələlxüsus da poeziya ruhun əksidir və ya (kiməsə bu cür rahatdırsa) xalqın mentalitetidir. Poeziya nitq və yazı mədəniyyətində insanların həyat fəaliyyətinin bütün təcrübəsini mənimsəyən və nəinki fərdlərin, bütün xalqın taleyinin dolanbacları və gözlənilməzliklərinə anidən fikir bildirərək reaksiya verən daha reaktiv janrdır.
Məhz elə buna görə də hələ doxsanıncı illərin ortalarında mən slavyan xalqlarının poeziyasının ikidilli poetik seriyasını yaratmaq qərarına gəldim. Bu ideyanın aktuallığı mənim Makedoniya, Serbiya və Çernoqoriya, Bolqariya kimi cənubi slavyan ölkələrinə çoxsaylı səyahətlərimin qəti təsdiqidir. Mən bu mövzunu məşhur rus şairləri Vladimir Kostrov, Vyaçeslav Kupriyanov, Eduard Balaşov, kulturoloq və parlaq alim Georgi Qaçeviç, məşhur yazıçı Yuri Polyakov, məşhur makedoniya şairi Qaney Todorovski və slavyan ədəbiyyatı biliciləri olan, professorlar Dimitr Boşkov və Çedo Tsvetanovski, məşhur serb şairləri Radomir Andriç, Adam Pusloviçlə, dini filosof və ilahiyyatçı, Çernoqoriya Mitropoliti Amfiloxi, gözəl bolqar şairləri Nino Nikolov və Dimitri Xrustiv, günümüzün ən yaxşı xorvat şairlərindən biri olan Slavka Mixaliç və xirvatiyalı şairələr Sonya Manuyloviç və Sibilla Petlevski, istedadlı çex şairəsi Bojena Soravtseva və məşhur slovakiya şairi Yura Kalnitski, belarus şairi Ales Ryazanovla götür-qoy etdim. Bu siyahını uzun-uzadı davam etmək olar, lakin bir şey dəqiqdir - bu layihəyə maraq Rusiyada olduğu kimi bütün slavyan ölkələrində genişdir.
Baxmayaraq ki, müasir slavyan dünyası heç cür bir araya gələ bilmir - hətta ümümdünya qloballaşmasının milli xüsusiyyətlərin praqmatizm və tarazlanması ilə seçilən və bununla belə hər kəs tərəfindən ümumbəşəri dəyərlərlə adekvat olaraq qəbul edilməyən mərkəzdə qərar tutub - lakin o, ağlı ilə bərabər ruhunun da qidalandığı poetik yaradıcılıqla olduqca zəngindir. Buna sübut olaraq slavyan ölkələrində hələ də qorunub saxlanan çoxsaylı poetik festivallar ənənəsini misal göstərmək olar. Bu "Belqrad payız gecələri" və Makedoniyadakı "Strujskidə poeziya gecələri", Ukraynada "Şevçenko günləri”, Çernoqoriyada "Budva Poetik şəhər teatrı", Rusiyada Slavyan ədəbiyyatı və mədəniyyəti günləridir. Buna oxşar poeziya festivalları Bolqariyada, Xorvatiyada, Polşada, Sloveniyada da keçirilir. O cümlədən, mövzunun mənimsənilməsi prosesində məlum oldu ki, bu cür nəşr Rusiyada nə on doqquzuncu, nə iyirminci əsrdə olmayıb. Eynilə başqa ölkələrdə də təsadüf olunmur.
Bu ideyanı Rusiyanın mədəniyyət nazirliyi dəstəklədi. Lakin ilk növbədə toplunun nəşrini Rusiyada Slavyan ədəbiyyatı və mədəniyyəti günlərinin katibi Boris Vsevolodoviç İvanov himayədarlıq etdi.
Müvəqqəti çərçivələr və maddi imkanların qeydiyyatı ilə təkcə iyirminci əsrin ikinci yarısının şairlərini daxil edərək seriyanı yaratmaq qərara alındı. Bu yerdə daha bir neçə mülahizəni qeyd etmək lazımdır. Əvvəla, əgər böyük zaman kəsiyini götürsək-əlbəttə ki, seriyanı əsaslı şəkildə zənginləşdirərdik - o zaman hər ölkə üçün bir yox, iki-üç cild ayırmaq gərək olardı ki, bu da təkcə maddi tərəfdən deyil, həm də yaradıcı və təşkilati-istehsal tərəfdən, o cümlədən, yoxsul şəraitdə, 90-cı illər islahatlarından sonrakı zəif tərcümə məktəbləri ilə çətin olacaqdı. Bundan başqa müəllif hüquqlarının çətin və dolaşıq sualları bəzən onu aşmaq üçün nəhəng cəhdlər tələb edən və əksər hallarda həll edilməsi qeyri-mümkün olan keçilməz baryer yaradır.
İlk növbədə məhz slavyan ölkələrinə təsir edən ikinci dünya müharibəsindən sonrakı dövr Avropanın konfiqurasiyasını növbəti dəfə dəyişdi və əlbəttə ki, bu xalqların mədəniyyəti və ədəbiyyatına olduqca təsir etdi. Donmuş vəziyyət 90-cı illərdə paradiqmanı inkişafın vektoruna təsir edərək ikinci dəfə dəyişdi. Bu cür tektonik hərəkətlər təbii olaraq slavyan xalqlarının dilinə və poeziyasına təsir edərək, böyük mənəvi enerjinin tərk olunmasına səbəb olmaya bilməzdi. Məhz bu müharibənin sona yetməsindən bizim günlərə qədərki dövr bizə daha maraqlı göründü. Bu səbəbdən də bizim yaradıcı cəhdlərimiz buna istiqamətləndi.
Əlbəttə ki, slavyan xalqlarının poeziyası sovet dövründə Rusiyada olduqca çox tərcümə olunurdu. Lakin ideoloji hökmü nəzərə alaraq tamamilə aydındır ki, biz necə bir yarımçıq tabloya malik olmuşuq. Bundan başqa kitabların əsas konsepsiyasına dil prinsipi qoyulmuşdu. Daha doğrusu biz mühacirət kimi əsaslı problemi aradan götürərək, doğma dilində yazan və özünü doğma mədəniyyətinə aid edən şairi yaşadığı ölkədən asılı olmayaraq müvafiq cildə yerləşdiririk.
Bundan başqa poeziyaya marağın və poetik tərkibli nəşrlərin azalması slavyan ölkələrinin təxminən son iyirmi ildəki rus oxucusu üçün yeni şairlər nəslini əyani olaraq naməlum hala gətirib.
Kitabın "Əsrdən əsrə" adlandırılması, bir tərəfdən hər cilddə müharibənin sonundan iyirmi birinci əsrin başlanğıcına qədər təhlil edilən zaman periodunu təsbit edir, digər tərəfdən sanki canlı poetik yaradıcılıq üçün sərbəstlik və perspektiv yaradaraq gələcəyə qapı açır.
Seriyanı Makedoniya ədəbiyyatı ilə başladıq, çünki makedoniyalılar mövzunun çətinliklərinə və çox mənalı olmasına baxmayaraq müqəddəs Apostolsayağı Kirill və Mefodiyə-əksər slavyan xalqlarına və onların yaxın şagirdləri və ardıclıları olan Müqəddəd Kliment və Naum Oxrudskiyə əlifbanı gətirən, Solunidən olan iki qardaşa - daha çox bağlılıqları var. Bu cild 2002-ci ildə işıq üzü gördü. Makedoniyanın poeziyası lirik-epik başlanğıcı, doğma torpağa sevgisi və dövlətçiliyin bərqərar olunmasına istiqamətlənməsi və müstəqil olması Blaje Koneski, Atso Şopov, Qane Todorovski, Radovan Pavlovski kimi ən yaxşı yaradıcıları üzə çıxarır. Ənənələrin ayrılmaz bağı və yeni ənənələrin yaranması - Makedoniya poeziyasının xarakterik cəhətləridir.
2003-cü ildə çıxan serb cildinə ən yaxşı müasir serb şairləri daxil oldu, bunlar Stevan Raiçkoviç, Miodraq Pavloviç, İvan Laliç, Yovan Xristiç, Branko Milkoviç, Dobritsa Eriç, Matea Beçkoviç, Adam Pusloviç, Radomir Andriç və başqalarıdır. Kitabda təqdim olunan serb şairləri dünyanın müxtəlif ölkələrində (təkcə Balkanlarda, Serbiya və Çernoqoriyada, Bosniya və Hersoqovinada yox, başqa ölkələrdə də) yaşayır. Serb poeziyası üçün epik-qəhrəmanlıq, başlanğıc və düşüncələrin yüksək intellektual gərginliyi xarakterikdir. Bu təbiidir, ələlxüsus da serb xalqının iyirminci əsrin sonunda çəkdiyi iztirabları xatırladıqda…
Elə 2003-cü ildə Belarus poeziyası cildi işıq üzü gördü. Vətən müharibəsi, Çernobıl, doğma dilin vəziyyəti və mədəniyyətə görə çəkdiyi əzab-belarus poeziyasına daxil olan, onu səslənmənin gözəgörünməz yüksəkliyinə və lirik gərginliyə qaldıran milli bağlar məhz budur. Onun təmsilçiləri olaraq Vladimir Korotkeviç, Stepan Qavrusev, Rıqor Borodulin, Mixas Streltsov, Vladimir Neklyayev, Yevgeni Yanişits, Ales Ryazanov, Leonid Qoluboviç, Anatol Sıs-ın adını qeyd etmək olar.
2004-cü ildə növbəti cild - ukrayna poeziyası cildi işıq üzü gördü. Ukrayna poeziyası o qədər zəngin və rəngarəngdir ki, onu oxuyarkən iqtisadi çətinliklərə baxmayaraq poeziyanın orada mənəvi ayılma və tərəqqi şəraitində yaşanılması təsəvvür yaranır. Kitab həm lirik, həm epik formalarla, həm yumor, həm də modern üslubda yazılan axtarışlarla boldur. Əlbəttə, bu gün ukrayna poeziyasını çernobıl mövzusu olmadan, öz dilində inadla təsdiq etmədən və Ukraynanın taleyinə müxtəlif fikir və baxışlarla zəngin palitrasız təsəvvür etmək mümkün deyil. Müasir ukrayna poeziyasının kitab vasitəsi ilə əhatə dairəsinin genişliyini təsvir etmək üçün növbəti adları sıralamaq kifayətdir\: Boris Oleynik, Lina Kostenko, Mikola Vinqranovski, Vasıl Stus, Keonid Talalay, Dmitro Kremin, Taras Fedyuk, İqor Rımaruk, Yuri Andruxoviç, Oleksandr İrvaners, Pavlo Volvaç, Sergey Jadan.
Çexiya hər zaman mədəni baxışların və dini ənənələrin kəsişdiyi Avropaya canlı dəhliz olmuşdur. İstilaçılar daim gəlib, gedib… Çex poeziyası hər təsirə açıq olsa da belə, özünəməxsusluğunu və orijinallığını qoruyub saxlamışdır. O hətta mən deyərdim ki, introvert (özünə qapalı – X.N.), müstəqildir və ironikdir. Bu urbanist poeziya qulaq poeziyası deyil, insanın daxili aləmini ifadə edən, şəxsiyyətin rəsmdir. 2005-ci ildə çap olunan çex toplusunda İvi Vidsedyalek, Miroslav Florian, İrju Piştora, Vera Linqartova, İrji Qruşa, İvan Martin İrous, Karel David, Bojena Spravtseva kimi adlar təqdim olunub.
Bolqar poeziyası hələ bizans dövrlərindən rus ədəbiyyatı ilə sıx bağlıdır. Şeiri doğma oxucu üçün yaxın və aydın olan ənənəvi dəyərlər və klassik musiqi əsasında qoruyub saxlamışdır. Zamanın və nəsillərin əlaqəsi mühüm və vacibdir, keçmişi unutduğumuz zaman biz gələcəyi itirməklə risk edirik. 2005-ci ildə çıxmış Bolqar hissəsində Valeriya Petrova, Blaqi Dimitrova, Pavel Matev, Lyubomir Levçev, Nino Nikolova, Georgi Borisov, Nadya Popova, Dmitr Xristov, Boyko Lambovski kimi şairlərin yaradıcılığı yer almışdır .
Slavyan poeziyasına həsr olunan növbəti hissə 2006-cı ilə işıq üzü görüb. Burada ən yaxşı slovak şairləri - Voytex Miqalik, Miroslav Valek, Milan Rufus, Lyubomir Feldek, Yuray Kalnitski, Pavol Yanik və başqaları təqdim olunub. Slovakiya poeziyası bir çox tərəfləri ilə klassik formalara və ənənəvi şeir qurmağa meyl edir, lakin avanqard və novator axtarışlardan da geri qalmır. Məsələn, slovak poeziyasına həyati reallıqlar və həqiqi hisslərlə dolu sonet əlavə olunub.
Xorvat poeziyası haqqında güclü Avropa təsiri və ədəbiyyatda modernist yanaşmaların olduğunu demək olar. Çox zaman o, qadın simalıdır. Görünür, Xorvatiya qadınları başa düşüb ki, ədəbiyyat və mədəniyyət ancaq kişilərə etibar edilməyəcək qədər ciddi məsələlərdir. Xorvat poeziyasının XX əsrin ikinci yarısının ən qabaqcıl nümayəndələri arasında Vesna Parun, Slavko Mixaliç, İvan Slamniq, Vesna Krmpotiç, Marina Çudina, Yosip Sever, Boris Maruna, Luko Peletak, Andrina Şkuntsa, Sonya Monoyliviç və Sibila Petlevski kimi müəlliflər seçilir.
Toplu üzərində çalışarkən şairlər, alimlər və slavyan xalqları poeziyasının biliciləri həvəslə işə qoşuldular. Ayrı-ayrı cildlərin tərtibatında Ales Kojefub, Lyubov Turbina, İlya Çuslov, Vitali Krikunenko, Dalibor Dobiaş, Yelena İsaeva, Aleksandr Geradimov, Yuray Kalnitski, Anna Mitroxina iştirak edib. Slavyan ölkələri yazıçılar birliyi, MDU-nin filologiya fakültəsinin slavyan filologiyası kafedrası və xarici dillər fakültəsinin slavyan dilləri kafedrası aktiv dəstək göstərmiş və bu gün də göstərirlər.
Kitabı hazırlayarkən gözəl tərcüməçi kollektivi toplaya bildik. Tərcümə janrının ustaları olan Vladimir Kornilov, Oleq Makeviç, İrina Yermakova, Viktor Şirokov, Anna Besmertnaya, İvan Qolubniçiy, Mixail Pismennıy, İrina Kovalyova, İvan Belokrılov, Olqa Pankina, Vyaçeslav Kupriyanov, Nikolay Pereyaslov, Svetlana Solojenkova, Andrey Pustoqarov və başqaları işə məmnuniyyətlə qoşulmuşlar. Əvəzsiz buraxılış redaktoru İnna Kuznetsovadır. Onun savadlı və nəhəng iş qabiliyyəti sayəsində kitablar hər il işıq üzü görür.
Mən həqiqətən inanıram ki, slavyan xalqlarının qayğı ilə toplanan poetik irsi onların yaxınlaşmasına və həm indi, həm də gələcəkdə qarşılıqlı anlaşmasına xidmət edəcək. Təki elə olsun.
Rus dilindən tərcümə etdi: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər