Migel de Unamuno
Şair və mütəfəkkir Migel de Unamuno 1864-cü ildə İspaniyanın
Bilbao şəhərində
doğulub. Madrid univeristetində ədəbiyyat və fəlsəfə təhsili alıb. Salamanka
universtetində qədim yunan dili üzrə professor olub, üç dəfə rektor seçilib.
Unamuno bir sıra romanlar, hekayə və şeirlər müəllifidir. Onun "Sülh və
müharibə”, "Velaskesin İsası”, "Duman”, "Ölümün aynası”, "Tula xala”, "Sevgi və
pedaqogika” əsərləri xüsusi ilə məşhurdur.
Migel de Unamuno
Velaskesin İsası
İspan rəssamı Dieqo Velaskesin
"Çarmıxdakı Məsih” rəsminə
ithaf
Nə
düşünürsən, ölmüş İsam mənim?
Nazaretli,
niyə gecənin qaranlığı
sənə duaçı
olub
gur saçlar
kimi alnına düşür?
Hardadı?
Səndədi Tanrının Səltənəti.
Hardadı?
Səndədi ruhlara can verən
əbədi günəşin
şəfəqləri.
Ayna kimidi
ağ bədənin
işığın
atasıdı, günəşə can verəndi;
bizim yorğun,
avara yer kürəsinin –
anasının
başına dolanan,
dolana-dolana
canından olan
parlaq ay
kimidi ağ bədənin.
Nazaretli,
qara pərdəyə bürünən gecə
sənə
təşəkkürdür qara saçların təki,
bu gecənin
səmasına asudədi,
mayasız çörək
kimidi ağ bədənin.
İsa, təkcə
sənə –
seçilmiş
insana qismət oldu
məğlubiyyətlərin
ən böyüyü.
Həyat ölümü
yendi
sənə görə
ucaldı zirvəyə.
Elə o vaxtdan
bizə həyat
verdi sənin bu ölümün
sənə görə
ölüm oldu anamız
sənə görə
şirinləşdi,
kədər dolu bu
həyat;
sənə görə
ölənlər
ölümsüz oldu –
qaranlıq
gecədə ağ ay kimi
Bu,
yuxudaydı, İsa,
yaşamaq və
şam kimi yanmaqdı ölüm.
Yer kürəsi
yuxudaydı,
Ağappaq aya
bənzər, İnsan şamı çarmıxdaydı
hamı
yuxudaydı:
əriyirdi qan
axmadan İnsan şamı –
əriyirdi
zülmət gecədə ay kimi ağ İnsan.
Əriyən İnsan
verdi öz qanını
çünki tanıyırdı
hamını –
tanıyırdı
bütün insanları.
Sən xilas
etdin ölümü.
Qucaq açdın
zülmət gecəyə
çünki həyat
günəşi
alov saçan
gözləriylə baxdı sənə,
qaralmış
gecədə
belə gözəl
günəş yaratdı.
Və gözəldi
tənha ay,
ulduzlu
gecədə ağappaq ay,
nazaretli,
sanki qara təşəkkürdür
gur, qara
saçların.
Çarmıxdakı
İnsan,
ağ ay kimidir
bədənin
həyatın
günəşdə
heç vaxt
ölməyən əksidir.
Xilaskar,
şimşəklər közərtilərindi sənin
bu dünyada
bizə bələdçi olur
əbədiyyət
gününə qədər
güc verir,
qanad verir ümidlərimizə.
Ah, bu gözəl
gecə –
şirin
yuxuların anası,
ah, bu gözəl
gecə,
ümidlərin
anası
qara ruhlar
gecəsi,
şəfqət
bacısısan
ümidləri
xilas edən İsanın!
Kastiliya
Kastiliya
torpağı,
məni sən
böyütdün
qabarlı
əllərinin içində.
Sevirəm səni
məni göylərə
qaldıran,
həyat verən
göy üzü.
Quruyub
cadar-cadar olan torpaq,
güclü
əllərin, geniş ürəklərin anası,
səndədir ötən
günlərin unudulmazlığı
dadı,
ləzzəti.
Göylərin
yaşıl çəmənliklə görüşdüyü yer
çılpaq
tarlalar dövrələyib səni,
səndədi
günəşin beşiyi də, məzarı da
səndədi müqəddəs
ziyəratgah.
Dörd yanımı
zirvələr bürüyüb
bürüyüb sanki
–
zirvədə hiss
eləyirəm özümü
doyunca nəfəs
alıram tər-təmiz havadan –
ordadı sənin
səma düzənliklərin.
Kastiliya
torpağı,
nəhəng bir
səcdəgahsan,
əngin
göylərinə qalxır sözlərim mənim
sənə
layiqdirsə torpağına düşsün –
düşüb də
ucalsın nəğmələrim.
Yat, mənim ruhum
Yat, ruhum
mənim
yat və
dincəl,
yat öz köhnə
beşiyində,
ümidlə yat;
yat!
Bax, gecənin
günəşi –
sübhün atası
dünyanın
altından
yuxuda keçir;
yat!
Heç nədən
qorxma
yat, ruhum
mənim
elə bil öz
evindəsən;
rahat yat,
yat!
Açıq qalmış
yaxandan
yuxun axır,
süzülür,
yorğunsan,
bilirəm
başını əy
sinənə;
yat!
Həyatın
əzablarından
yorğunsan,
dərdi burax
öz ayağına
qoy getsin,
gedəcək;
yat!
Tanrı öz
əlləriylə
həm yaradır,
həm öldürür –
sənin rahat,
kasıb beşiyin
rahatdır,
yat!
"Əgər bu
yuxudan
heç vaxt
oyanmasam...”
Tənhalıq
dərdin
yatanda
keçəcək –
yat!
"Ah, nə
şirindir yuxu
Heç nə hiss
eləmirəm...”
Yat, bu yuxu
şəfa
yuxusudur;
yat!
"Titrəyirəm,
sübh yuxusundan əvvəl,
əbədi
titrəyişlə...”
Yat,
kədərlənmə,
çünki sabah
var;
yat!
Yat, ruhum mənim,
yat
söküləcək dan
yeri,
yat, ruhum mənim,
yat
açılacaq
səhər;
yat!
Artıq
yatmısan, beşikdəsən
ümidlə
yatmısan...
Mən də
yatmışam, kədər içində...
Səhər
açılıbmı?
Yatmışammı
görəsən?
İspan
dilindən tərcümə edən: Səxavət Sahil