• bazar ertəsi, 07 iyul, 03:54
  • Baku Bakı 26°C

Sərdar üçün 5 illik müqavilə hazırlayıblar

20.04.20 11:37 679
Sərdar üçün 5 illik müqavilə hazırlayıblar
"Napoli” "Zenit”in iranlı futbolçusu Sərdar Azmunla ciddi maraqlanır.
Kaspi.az xəbər verir ki, "Napoli” rəhbərliyi Sərdarı yayda transfer etmək niyyətindədir. Böyük ehtimalla, Arkadiuş Milika komandanı tərk edəcək. Rəhbərlik Azmunu onun yerinə ideal əvəzləyici hesab edir.
Məlumata görə, klub rəsmiləri artıq futbolçunun agenti ilə danışıqlara başlayıblar. Hətta müqavilənin də hazır olduğu bildirilir. Sərdara 5 illik müqavilə təklif olunacaq.
Sankt-Peterburq klubunun futbolçunun transferi üçün 30-35 milyon avro tələb edəcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər