AZE | RUS | ENG |

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq
"Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində keçirilən Sinkfild kuboku turnirində üçüncü turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk turlarda görüşləri heç-heçə başa vuran şahmatçımız Şəhriyar Məmmədyarov üçüncü turda rusiyalı Yan Nepomnyaşi ilə də sülh bağlayıb. Turun digər qarşılaşmalarında da bərabərlik qeydə alınıb.
Avqustun 20-də dördüncü turun oyunları keçiriləcək. Şahmatçımızın növbəti rəqibi hazırkı dünya çempionu norveçli Maqnus Karlsen olacaq. Turun digər oyunlarında amerikalı şahmatçılar Hikaru Nakamura çinli Dinq Liren, Fabiano Karuana ermənistanlı Levon Aronyan, Uesli So hindistanlı Vişvanatan Anand, hollandiyalı Aniş Qiri fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Sergey Karyakin isə Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006