Səhnənin şəhzadəsi...

Bu ad, teatrsevərlərə və kinosevərlərə, bütövlükdə isə ədəbi ictimaiyyətə kifayət qədər tanış olduğu kimi, mənə də çoxtan tanışdır. Və təkcə sıradan tanış olan bir teatr xadimi kimi yox, sənətinin vurğunu olduğum, iştirakı ilə baş tutan tamaşalarda ara-sıra olsam da, onun fəaliyyətini teleməkandan izləsəm də, şəxsi tanışlığımız yox idi.
Heçdən yaxınlaşıb, sevdiyim sənət admı olaraq, onunla tanış olmaq istəyimi dilə gətirməkdən isə çəkinir, mənəvi gərginlik keçirir, tanışlığımız üçün mümbit mühitin yaranacağına ümid edirdim...
Bakının qədim “İçəri şəhər” məkanında mədəniyyətimizə, ədəbiyyatımıza xidmət edən bir çox dövlət və qeyri dövlət qurumları ilə yanaşı, tam varlığı və fəaliyyətiilə Azərbaycan ədəbiyyatına, kitaba xidmət edən, Azərbaycanın əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabsevərlər Cəmiyyətinin sədri Zərifə xanım Salahovanın təsisçisi və rəhbəri olduğu, dünyada yaxşı tanınan “Miniatür Kitab Mərkəzi” adlı bir mədəniyyət mərkəzi də var. Və bu mərkəzdə Azərbaycan elitasının və eləcə də xarici ölkə səfirlərinin iştirakı ilə düzənlənən tədbirlərə sistemli olaraq dəvət alan bir şəxs kimi, burada çox dəyərli insanlarla ünsiyyət qurmaq, yaxından tanış olmaq imkanını qazanmışam.
Xoşbəxtlikdən, burada üzbə-üz görüşərək, yaxından tanış olduğum insanlardan biri də karifey aktyorlarımızdan olan, S.Vurgun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının xalq artisti Lyudmila Duxovnaya olmuşdur.
Onu dostları “Mila” deyə çağırırlar, elə bu müraciət onun özünün də xoşuna gəlir. Mila xanım çox səmimi, mehriban, insanlarla tez ünsiyyət qurmaq bacarığı olan, üzügülər və mehriban adamdır. O, heç vaxt özünün “sənətkar çəkisi”nə güvənərəkdən təkəbbür göstərmir.
Onu tanımayanların heç ağlına belə gəlməz ki, qarşılarındakı bu sadə geyimli, sadə davranışlı, xoş təbəssümlü xanım səhnə şəhzadəsidir. Heç düşünə bilməzlər ki, xanım Duxovnaya səhnədə olanda özü delfinə çevrildiyi kimi, səhnəni də okeyana çevirə bilən bir aktyordur.
O, səhnədə rahat nəfəs alır, sərbəst hərəkət edir, balıq suda olduğu kimi. Səhnə onun həyatıdır. O, səhnədə olarkən oynadığı rolun psixoloji xüsusiyyətlərindən asılı olaraq göy qurşağı kimi rəngdən-rəngə girir, haldan-hala düşür, tamamilə başqalaşır, sözün əsl mənasında o, obrazını canlandırdığı personajın özünə çevrilir, birə-bir onun həyatını yaşayır. Mən deyərdim ki, hətta müəllifin və rejisorun təqdim etmək istədiklərindən çox fərqli və güclü psixoloji rəng verə bilir o hər roluna.
Lyudmila Duxovnaya səhnə üçün doğulub, Allah insanları yaradanda onları müxtəlif missiyaların icrası üçün yaratdığı artıq insanlara bəllidir. Ona da Tanrı tərəfindən səhnədə müxtəlif obrazların dili ilə insanları düzgün yola dəvət etmək missiyası verilmişdir desəm, yəqin ki, mənimlə razılaşmayan olmaz.
Mila xanımı yaxından tanıyanlar yaxşı bilirlər ki, onun məişət həyatı ilə səhnə həyatının arasında sıldırım bir qaya, uçurum var. O həyatda-məişətdə nə qədər mülayim və alicənab bir insandırsa, o səhnədə tam fərqli bir xanımdır. Mənə belə gəlir ki, bəzi aktyorlardan fərqli olaraq, onun səhnə həyatında məişətdəki həyatının ştrixlərini görmək olmur...
Ümummilli liderimiz, Azərbaycan mədəniyyətinin və incəsənətinin hamisi Heydər Əliyev cənabları, Xalq yazıçısı Elçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilən "Ax Paris, Paris" tamaşasında iştirakı zamanı, Lyudmila Duxovnayanın tamaşada azərbaycan dilində canlandırdığı Vera obrazına və onun aktyorluq sənətinə yetərli qiymət verərək, aktyorun ünvanına xoş sözlər demişdir.
Bu ilin (2014) yayında baş tutan növbəti görüşlərimizin birində, onun həyat və yaradıcılığından bir portret yazı yazmaq istəyimi diqqətinə çatdıran zaman, razılaşsa da o, bu işi payızda baş tutacaq yubiley mərasimindən sonra yazılmasının daha məntiqli olacağına işarə etdi.
Yubiley deyəndə, doğrusu soruşmağa ürək eləməsəm də, onun təxminən 50 illik yubileyindən söhbət getdiyini güman etdim. O isə mənim fikirə daldığımı və yubiley sözünə pauza ilə yanaşdığımı duyaraq, Meydanlı, 70 yaşım tamam olacaq 23 oktyabr tarixində-dedi...
Sövdələşdiyimiz kimi, yubileyqabağı onunla İstiqlaliyyət küçəsində yerləşən və "Monolit" kimi tanınan binadakı mənzilində görüşdük. Mənzil bir otaqdan ibarət olduğundan darısqallıq hiss olunsa da, amma mənzildəki predmetlər çox səliqəli və simmetrik şəkildə yerləşdirilmişdi.
Lyudmila Duxovnayanın qonaq, yataq və iş otağı sayılan bu universal mənzildə yanaşı yerləşdirilmiş çarpayı və kitab rəfi mənzilin çox hissəsini tutsa da, Mila xanım kompüter dəstini yerləşdirmək üçün bir kiçik masanı məharətlə bu mənzərəyə uyğunlaşdıra bilmişdi.
Bizim mövzu ətrafında ətraflı söhbətimiz oldu Mila xanımla. Mən onun barəsində yazılaraq Azərbaycanın və Rusiyanın müxtəlif qəzet və jurnallarında nəşr olunmuş və çarpayının üzərində düzənlədiyi bəzi materiallarla da tanış oldum və o bu materiallardan bəzilərini də istifadə etmək üçün mənə etibar etdi. Və, mənimçün ayırdığı 2 ədəd dəvətnaməni yubiley günü teatrın kassasından götürməyi də xahiş etdi..
23 oktyabr 2014-cü il, axşam saat 6:30-da artıq S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının qarşısındayam. Qələbəlik idi. Duxonayanın fanatları əllərindəki müxtəlif çalarlı gül dəstələri ilə teatrın foyesinə daxil olurlar. Elə foyedəcə bayram əhvali-ruhiyyəsinin ilk akkordlarını sezmək o qədər də çətin olmur. Lyudmila Duxovnayanın - Azərbaycan teatrının əfsanəvi aktyorunun 70 illik həyat, 50 illlik səhnə həyatınının maraqlı məqamlarını özündə ehtiva edən "Людмила Духовная - Роман с театром" (Lyudmila Duxovnaya-Teatrla roman) adlı kitabı əldə etmək üçün böyük növbə yaranıb. Xoşbəxtlikdən kitabın bir nüsxəsi də mənə çatdı. Kitabı qaçaraq vərəqləsəm də, diqqətlə baxa bilmədim. Çünkü təqdimat artıq başlamaq üzrə idi. İynə atsan, yerə düşməyən zal sürəkli alqışlarla səbəbkarı səhnəyə çağırırdı.
Budur, teatrın aktyoru, Mila xanımın uzun illərdən bəri səhnə dostu, Azərbaycanın xalq artisti Mabud Məhərrəmov qol ətrafı və ətəkləri bəyaz hörməli qara, uzun və çox yaraşıqlı bir libas geymiş, ağı ağ yanan, qırmızısı qırmızı yanan Lyudmila Semyonovna Duxovnayanı böyük şövq, sevgi və ehtiramla səhnəyə gətirərək hələ də alqışlar davam edən zala təqdim edir.
Mila xanım da öz növbəsində sevgi hopmuş mehriban səsi ilə hamını səmimiyyətlə salamlayaraq, onunçun ayrılmış "Şahzadə kürsüsü"nə yaxınlaşaraq orada öz yerini tutur.
Teatrın bədii rəhbəri və baş rejissoru Aleksandr Şarovski uzun müddət bir yerdə işlədikləri və onunla işləməyin nə qədər xoş və eyni zamanda nə qədər də çətin olduğunu dilə gətirdi.
Lyudmila Semyonovna hər tamaşanın qoyuluşundan razı qalmayan, qoyuluşlara peşəkar müdaxiləsi ilə səriştəli əlavə və dəyişikliklər etməklə, hətta redaktələr də edən, tərəf müqabillərinə qarşı çox ciddi yanaşan və onların mətn üzərində çalışmalarına, mətnin ifa tərzinə, məşq zamanı isə səhnə davranışlarına göz qoyan və tamaşanın məsuliyyətini tam olaraq öz üzərində hiss edən və daşıyan bir sənətkardır - dedi.
Kinorejissor, dramaturq Ramiz Fətəliyev Mila xanımın şəxsi və səhnə keyfiyyətlərinə ekskursiya edirmiş kimi, səbəbkarın şəxsiyyətinin görünməyən tərəflərinin geniş söhbət açdı.
Uzun illər Mila xanımla eyni səhnəni bölüşən, tanınmış Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti Murad Yaqizarov hazırda ailəsi ilə birgə Almaniyada yaşamasına baxmayaraq, xüsusi olaraq səhnə dostunun yubileyinə gəlmiş və tərəf müqabili olduqları tamaşalardan birinindəki monoloqu şövq ilə söyləyərək, xanım Duxovnayanın onsuz da xoş olan əhvalına bir az şirinlik qatdı.
Lyudmila Duxovnayanın yaxın rəfiqəsi, hazırda Rusiyanın Sibir bölgəsində yaşayan jurnalist
Marina Sazonova uzun yol qət edərək rəfiqəsinin sevincli günündə iştirakından məmnunluq duyduğunu, aralarında olan xoş bacılıq səmimiyyətindən ürəkdolusu danışdı.
Aktyorun qızı, Moskva şəhərində yaşayan və fəaliyyəti ilə bir növ anasının yolunu davam etdirən aktrisa, prodşsser Fatimə İbrahimbəyova səhnəyə çıxaraq, qısa və əhatəli çıxışı ilə anasına, onun sənətinə olan sevgilərini dilə gətirdi.
Digər çıxışçıların hər biri özünəməxsus bir şəkildə Lyudmila Duxovnayaya xoş və səmimi təbriklərini bildirdilər.
Tanınmış Rusiya aktyorlarının təbrikləri göstərilən vidioçarxı isə, səbəbkarın üç oğlan nəvəsi (Fatimə xanımın uşaqları) tərəfindən nağara alətində ifa olunan bir zərb musiqi nömrəsi yekunlaşdırdı.
"Teatrla roman" ("Роман с театром") adlanan və üç saat çərçivəsində davam edən çox maraqlı yubiley gecəsində hər kişi şıxışçıdan sonra aparıcının "əzizim, sənin romanın bununladır?" və ya "bu odur?" və bu kimi oxşar suallarla səbəbkara müraciət etməsinə baxmayaraq, finalda xanım Duxovnayanın məhəbbət romanının məhz teatrla olduğu aşkarlanır ki, bu da yübiley iştirakçılarının dərin marağına səbəb olur.
Gecədə səbəbkarın istər xarici görkəmi, istərsə də çevik səhnə hərəkətləri onun yaşının 70 olduğuna heç də dəlalət etmirdi. Onun səhnə yaradıcılığının 50 illiyi olsa da, məncə elə yaşının da 50-dən çox olmayacağı kimsədə şübhə yaratmırdı. Yəni o səhnədə doğulmuş, elə doğulduğu gündən də səhnə həyatını şəxsi həyatı ilə eyni bərabərlikdə bölüşüb.
Yubiley gecəsinin finalında çoxsaylı və maraqlı kompazisyalı gül çələnglərinin çevrəsində elə özü də bir gül qönçəsi kimi görünərək təravət yayan səbəbkar, mülayim və məlahətli səsilə, sevinc dolusu ürək sözləri ilə tədbirin düzənlənməsində əməyi olan hər kəsə və bu gecəni onunla paylaşan Milasevərlərə dərin minnətdarlıq hissi ilə sağ ol deyərək, həmişə tamaşanın sonunda olduğu kimi teatrın əzəmətli pərdələrinin arxasında əfsanələşdi...
Teatr səhnəsində və filmlərdə irili-xırdalı 120-dən çox obraz yaratmışdır xanım Duxovnaya. Əslində onunçün rolun irisi, xırdası və ya mənfisi, müsbəti yoxdur. Onunçun əsas, personajın üzərinə düşən qayəni tam dolğunluğu ilə tamaşaçıya çatdırmaqdır. Bəzən onun ifasında ərsəyə gələn kişik bir rol, hətta əsas rolları belə kölgədə qoya bilir. Bax, bununla ölçülür aktyorun yaradıcılıq məharəti!
Bildiyimiz kimi, bədi əsərlər üç hissədən-mətndən, musiqidən və ya quruluşdan və ifadan ibarətdir. Əslində ifa, birinci iki hissəni ehtiva etməklə ifaçı tərəfindən məcmu şəklində təqdim olunur. Başqa sözlə desək, birinci iki hissənin nə dərəcədə yüksək peşəkarlıqla işlənilməsindən asılı olmayaraq, ifaçı əsəri ən azı bu səviyyədə təqdim edə bilməsə, onda bu əsərin dəyəri elə ilk andan itmiş olur. Amma elə ifaçı sənətkar da var ki, birinci iki hissənin müəyyən dərəcədə zəif olmasına belə baxmayaraq, onu ən mümkün yüksək səviyyədə təqdim etmək qabiliyyəti nümayiş etdirməklə ifa edir. Lyudmila Duxovnaya məhz bu son qəbil sənət adamlarındandır...
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, Lyudmila Duxovnayanı Moskva tetrlarları bir neçə dəfə öz səhnələrində daimi işləməyə dəvət etsələr də, o Azərbaycandan-Bakıdan kənara ancaq qostrol səfərlərinə və bir də müvəqqəti olaraq gəzməyə gedə biləcəyi və doğulub, boya-başa çatdığı şəhəri heç bir şəhərə dəyişməyəcəyini dəfələrlə bəyan etmişdir. O, doğrudan da Bakını çox sevir, kiçik mənzilini elə Bakı kimi geniş və möhtəşəm məkan bilir. Çünki ürəyi də gözəl və böyükdür Mila xanımın.
20 yanvar hadisələrində (1990) qeyri millətlərdən olan insanların əksəriyyətinin Bakını tərk etmələrinə baxmayaraq, Mila xanım bu şəhərdən heç yana getməmiş, üzüaçıq və başıuca şəkildə insanların üzünə dik baxa bilərək, hamı kimi o da bu faciəni ürək ağrısı ilə yaşamışdır.
Şahidlərin dediklərinə görə Mila xanım İzraildə yaşayan yaxın qohumunun ziyarətindən qayıdıb Bakı hava limanında təyyarədən düşəndə dizini yerə qoyaraq böyük sevgi ilə Vətən torpağını öpməsi ətrafda olan hər kəsin heyrətinə səbəb olmuşdur...
Mila xanım həyatda tək bir şeydən peşimançılıq keçirdiyini deyir. O, azərbaycanca məişət səviyyəsində danışsa da, danışılanları yaxşı başa düşsə də, gənc vaxtlarında Azərbaycan dilininin qrammatikasını öyrənmədiyi və ləhcəsiz danışa bilmədiyi üçün özünü qınayır, hətta yaydan azərbaycanca əzbərlədiyi və yübiley tədbirində oxumağı planlaşdırdığı şeiri oxumaqdan da elə buna görə çəkinmişdi...
Teatr səhnəsində (elə real həyatda da) ikinci nəfəsi hələ təzəcə açılan Lyudmila xanım Duxovnaya hələ bu gündən sonra da neçə-neçə bir-birindən maraqlı rolları ilə Milasevərlərin gözünü, könlünü və ruhunu oxşayacağına əmin olmaqla, ona əbədi və solmayan sənətkar ömrü arzulayıram.
"Mila"dı, mehribandı,
Sevgisi bir cahandı.
İnsanlara bəyandı-
üzündə abır, həya,
Lyudmila Duxovnaya.
Hansı obraza girsə,
Ya ağlasa, ya gülsə.
Hətta səhnədə "ölsə"-
o, əyilməz bir qaya,
Lyudmila Duxovnaya.
O, sözün xəzinəsi,
Səhnənin şəhzadəsi.
Yayılanda şən səsi-
heyranı gəlməz saya,
Lyudmila Duxovnaya.
O, delfin, səhnə dərya,
Səhnə Məcnun, o, leyla.
Görünməsin bu, xülya-
verməz əməyi zaya,
Lyudmila Duxovnaya.
Yetmişdir deyir, yaşım,
İnanmıram, qardaşım.
Az-çoxdan çıxır başım-
əlli ola, olmaya,
Lyudmila Duxovnaya.
Üzündə təbəssümü,
Kübarlıq - təcəssümü.
Sərin meh tək əssimi-
nə ehtiyac yaylaya,
Lyudmila Duxovnaya.
Örnəksən gənc nəsilə,
Baharsan hər fəsilə.
Hələ neçə silsilə-
rollar gələr araya,
Lyudmila Duxovnaya.
Dünyaya tək gəlmisən,
Səhnəni ev bilmisən.
Sən ilham, təb vermisən-
Fəxrəddin Meydanlıya,
Lyudmila Duxovnaya.
01.12.2014-Bakı
Fəxrəddin MEYDANLI