Comolunqoma arzusu ilə yaşayan aktyor
Allahverən orta əsrlərdə doğulsaydı, görəsən, kim olardı? Şairmi, dəstə başçısımı, yoxsa usta bir sənətkar? Vüqarlı, bir az da özünəvurğunluğa çalan yerişi ilə adamı çaşdırır Allahverən Babayev. Lakin qısa bir tanışlıq bəs edir ki, bu gözəçarpan vüqarın arxasında necə incə və geniş qəlbə sahib olduğunu görə biləsən. Uca dağlar qoynunda dünyaya göz açan Alının( dostları onu belə çağırırlar) xarakterində romantikliyi və dostcanlığı bunu deməyə əsas verir. Bəzən ona qismət olan payını “uff” demədən bunu daha çox ehtiyac duyan yoldaşına ərmağan edir. Lənkəran teatrının aparıcı aktyorlarından olan Allahverən Babayevi belə tanıyıram.
Allahverən Babayev 1961- ci il yanvarın 20-də Lerik rayonunun Monidigah kəndində anadan olub. Məktəbdə 9-10-cu sinifdə oxuyarkən kiçik səhnəciklər hazırlaması ilə də diqqət çəkib. Lakin kim deyə bilərdi ki, uca dağlar qoynunda yerləşən Monidigahda böyüyüb boya-başa çatan Allahverən, bir gün tanınmış aktyor olacaqdır. Onun ilk yarımpeşəkar addımları kənddə fəaliyyət göstərən “Lakdo” rəqs ansamblında olub. Artıq zərif qəlbinə düşən səhnə işıqlarının qığılcımları böyüyərək iri bir tonqala çevrilib. Bu həvəs A. Babayevi M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakultəsinə aparıb və Allahverən 1987-ci ildə institutu müvəffəqiyyətlə bitirib N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına təyinat alıb.
Peşəkar səhnədə ilk addımlar
Onun səhnədə atdığı ilk addımlarında teatrın o vaxtki baş rejissoru, əməkdar incəsənət xadimi, mərhum Baba Rzayevin böyük rolu olub. Bir növ riskə gedən rejissor, Cahan Əfruzun “Qanqın böyük dal¬ğası’ tamaşasında Şorot obrazını ona tapşırır. Bu, gənc aktyorun böyük səhnədə tamaşaçılar qarşısında ilk imtahanı olur. O vaxtdan Alı Lənkəran teatrında rolları sıralamağa başlayır. Aylar, illər bir-birini əvəz etdikcə, onun yaratdiğı rolların, obrazlarin da sayı artır. Həmin vaxtdan indiyə qədər, o, irili-xırdalı 80-ə yaxın rol oynayıb. Lakin bu rollar içərisində Dədə Qorqud rolu onun sənət pasportuna çevrilib, desək yanılmarıq.
Teatrın ədəbi hissə müdiri, teatrşünas Ağəddin Babayev bu haqqda belə yazır: “Yeri gəlmişkən, deyək ki, “Baba Rzayev bu dastandan "Dəli Domrul" boyunu seçərək onun əsasında "Məhəbbət və ölüm" əsərini qələmə alıb. Müəllif epik səpkili bu səhnə əsərində cərəyan edən hadisələrə orijinal mövqedən yanaşaraq, Dəli Domrulu xeyriyyəçilik ideyası uğrunda çärpışan və özündə çoxlu müsbət əxlaqi keyfiyyətləri təlqin edən bir qəhrəman kimi təqdim edib. Tamaşada istedadlı aktyor ansamblı cəmləşib. Respublikanın xalq artisti Qabil Quliyev Əzrayıl, əməkdar artistlər Təvəkkül Əliyev Dəli Domrul, Adil Zeynalov Quraş, istedadlı aktyorlardan Miraslan Ağayev Məlik, Əbülfəz Ağayev Domrulun atası, Aynur Əhmədova Domrulun anası rollarında özünəməxsus ifa tərzləri ilə yadda qalırlar. Amma bununla belə tamaşada bütün nəzər-diqqət baş qəhrəmana - Dədə Qorquda yönəlir. İstedadlı aktyor Allahverən Babayevin Dədə Qorqudu müdrik bir insan olmaqla, müasirlərini, soyunu, nəslini halal zəhmətlə yaşamağa, sülh şəraitində ömür-gün sürməyə, müharibələrdən, fitnə-fəsaddan uzaq durmağa çağırır. Təqdirəlayiq haldır ki, aktyor bu obrazın ifası zamanı pafosdan, boş səs-küydən qaçaraq, daha səmimi, canlı, müasir nüanslardan, notlardan istifadəyə üstünlük verir.”
Aktyorun özü haqda dedikləri:
-Rollarımın içərisində ən çox sevdiyim Baba Rzayevin “Məhəbbət və Ölum” tamaşasında Dədə Qorqud obrazıdır. Tələbəlik illərində səhnə danışığı müəllimim olmuş respublikanın əməkdar artisti, mərhum Həsən Əbluc Dədə Qorqud rolunu Akademik teatrın səhnəsində oynayarkən, elə oradaca içimdə bir arzu oyanmışdı ki, kaş nə vaxtsa tale yaradıcılığıma bu rolu çıxaraydı. Xoşbəxtlikdən allah bu rolu teatrımızda oynamağı mənə qismət etdi və hətta Turkiyənin Konya şəhərində keçirilən (2008-ci il) “Bir nəfəs min səs” turkdilli ölkələrin festifalında “Məhəbbət və Ölum” tamaşasında Dədə Qorqudu oynamaq mənə nəsib oldu. Tamaşa festival iştirakçılarının və turklərin o qədər xoşlarına gəldi ki, biz onu sonrakı günü Konya şəhərində Səlcuq Universitetinin və Konya Konservatoriyasının tələbələri üçün təkrar oynadıq”.
“Yaddaşımda iz qoyan rollar çoxdur,- deyə Allahverən Babayev sözünə davam edir. Sofoklun “Şah Edip”ində – Tiresi, Kamran Nəzirlinin “Şeytan işıqı”nda Mustəntiq, N.B Vəzirovun “ Lənkəran xanın Vəziri” əsərində Xan, Vaqif Səmədoğlunun “Maloy Kişinin Yuxuları”nda Tatar Temir, Arif Mədətovun “Sezarın Qətli ”ində Siseron, İ. Əfəndiyevin “Qəribə oğlan ” əsərində Otari və sair obrazlar bu qəbildəndir.
A.Babayev bölgə teatrında çalışsa da, kino və seriallarda da öz sözünü deyib. Xəzər TV-nin istehsalı olan “Sevginin göz yaşları” serialında – Bağır, Region TV-CTV-nin istehsalı olan “İzi itməyən cinayətlər” serialında Baş əməliyyat muvəkkili rolları daha çox yadında qalıb.
2009-cu ildə Sofoklun “Şah Edip” tamaşasında – Tiresi roluna görə Allahverən Babayev Lənkəran şəhər icra hakimiyyəti tərəfindən ilin ən yaxşı aktyoru mükafatına layiq görülüb. A.Babayev həmçinin 10 ilə yaxındır ki, icra aparatının keçirdiyi Novriz bayramı tədbirlərində hər il “Dədə Qorqud ” rolunda çıxış edir və xalqa öz xeyir-duasını verir.
Sualsız cavablar:
- Bu sənətdə ən çox köməyimə çatan sənətçi, əlbəttə ki, tələbəlik illərində kurs rəhbərim olmuş SSRİ xalq artisti Mehdi Məmmədovun adını çəkməsəm, günah etmiş olaram. Çünki bu günə qədər onun mənə öyrətdiklərini səhnədə canlandırıram. Bu siyahımda səhnə danışığı müəllimim, Respublikanın əməkdar artisti, mərhum aktyor Həsən Əbluc da xüsusi yer tutur. Teatrın səhnəsində isə çox güclü və istedadlı tərəfmuqabil kimi, heç kimdən köməyini əsirgəməyən mərhum aktyor, əməkdar artist Əli Salahlının adı həmin şərəfli siyahıdadır mənim üçün!
-Təzədən sənət seçimim olsaydı .... onda alpinist sənətini seçərdim ki, 8848 metr hündürlüyündəki Comolunqoma zirvəsini fəth edəm!
- Xoşbəxtəm ki, 28 illik aktyorluq fəaliyyətimdə çox istedadlı tərəf-müqabillərlərim olub. Xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Adil Zeynalov, Sucəddİn Mirzəyev, aparıcı artistlərdən Miraslan Ağayev, Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Aynur Əhmədova kimi sənətkarlarla səhnədə mən özümü çox sərbəst və arxayın hiss edirəm.
Sonuncu sual:
-İndiyədək səhnədə qazandığın uğurların, sevinclərin Talış dağlarının ətəyindən başlanan enişli-yoxuşlu günlərini unutdura bilibmi?
- Onları heç unutmaq olar? “Lakdo”nu necə unuda bilərəm? Onları yaddan çıxartsam, bu günki fərəhli işlərim də yarımçıq görünərdi. Bəlkə də Tanrım məni o əzablarla sınağa çəkib, səhnə həyatına məhəbbətimi, etibarımı yoxlayıb. Ən çətin, ağrılı anlarımda da bu sevgi qəlbimdən uzaqlaşmayıb. Sanki mənə deyib ki, bütün qazandığın qələbələrin, uğurların çəkdiyin zəhmətin bəhrəsidir.
Yeni-yeni tamaşalarda görüşənə qədər, Comolunqma arzusu ilə yaşayan Lənkəran səhnəsinin Dədə Qorqudu!
Sərraf Talıbov