Kral Aktyor
Qısa zaman kəsiyində Azərbaycan səhnəsində, kinosunda, televiziyasında, radiosunda öz tükənməz və coşub-daşan yaradıcılığı ilə dərin iz qoymuş böyük sənətkar, Azərbaycanın əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayev haqqında söhbətimə onun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında xarici və sovet filmlərinin dublyajında iştirakından başlamaq istəyirəm.
S.Rzayevi kinostudiyada tez-tez görmək olardı. O, kinostudiyanın Dublyaj şöbəsində müxtəlif filmlərə səsini yazdırardı. Rejissor Arif Həbibinin dublyaj etdiyi məşhur “Kral Lir” filmində baş qəhrəmanı – Kral Liri məhz Səməndər azərbaycanca səsləndirmişdi. Moskvada milli dillərə dublyaj olunmuş filmlərin ümumittifaq müsabiqəsində “Kral Lir” göstərilərkən mötəbər komissiya üzvləri dublyajın peşəkarlığını, eyni zamanda gənc aktyor Səməndərin baş rolu yüksək peşəkarlıqla səsləndirməsini xüsusi qeyd etdilər. Bu dublyaj işi SSRİ Dövlət Kinematoqrafiya Komitəsi tərəfindən yüksək qiymətləndirildi. O vaxtdan S.Rzayev kinostudiyada Kral Aktyor adını qazandı.
İkinci bir misal. Rejissor R.Ocaqovun quruluş verdiyi “İstintaq” filmində müstəntiqin surətini rus aktyoru A.Kalyagin yaratmışdı. Rasim müəllim müstəntiqi Azərbaycan dilində səsləndirməyi S.Rzayevə tapşırmaqda səhv etməmişdi. Səməndər də öz növbəsində A.Kalyagini o qədər təbii dublyaj etmişdi ki, sanki ekrandan azərbaycanlı aktyor yox, rus aktyoru Azərbaycan dilində danışırdı.
Çoxşaxəli yaradıcılığa malik, geniş diapazonlu, istedadlı aktyor Səməndər Mənsim oğlu Rzayev 1945-ci il yanvarın 2-də Ağsu şəhərində dünyaya göz açmışdır. Orta məktəbdə oxuduğu illərdə teatra və bədii qiraətə maraq göstərdiyi üçün o, rayondakı dram dərnəyində müxtəlif tamaşalarda rollar ifa etmişdir. Elə aktyor olmaq arzusu ilə də Səməndər Bakıya gələrək, 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə görkəmli sənətkarlardan Rza Təhmasib, Mehdi Məmmədov, Adil isgəndərov və Nəsir Sadıxzadə ona sənətdən dərs demişlər.
Səməndər hələ tələbə ikən qiraət ustası kimi televiziyada çıxış edirdi. Radioda yenicə açılmış “Bulaq” proqramının ilk aparıcısı olmuşdur. Bu proqram xalq arasında o qədər populyarlaşmışdı ki, onu “Səməndər bulağı” kimi tanıyır və sevirdilər. “Bulaq” tələbə - aktyora ümumxalq məhəbbəti qazandırmışdı.
Gənc aktyor 1968-ci ildə institutu bitirməmişdən bir il əvvəl baş rejissor Tofiq Kazımov onu Azərbaycan Dövlət Dram Teatrına dəvət edir və Səməndərə “Hamlet” tamaşasında Horatsio rolunu tapşırır. İlk rol gənc tələbəyə uğur gətirir. Qısa zamanda teatr səhnəsində müxtəlif rollar ifa edən Səməndər kollektivin, tamaşaçıların hörmətini qazanır, tənqidin diqqətini özünə cəlb edir. Bundan sonra o, Xacə Nizam (“Xəyyam”), Knyaz (“Knyaz”), İbn Yəmin (“İblis”), Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəlişah”), Vaqif (“Vaqif”), Valentin (“İnsan”),
Fazil Küleyni (“Dəli yığıncağı”), Balaxan (“Aydın”), Qlumov (“Müdriklər”), Kaliban (“Fırtına”) və b. bu kimi dəyərli surətlər yaradır. Aktyor kinoya 1968-ci ildə rejissor A.Babayevin “Uşaqlığın son gecəsi” filmində kiçik bir epizoda çəkilməklə gəlmişdir. Xalq artisti Yaşar Nuri Səməndərin ilk rolu barədə xatirəsində belə yazır: “İlk filmi haqqında bir özü bilirdi, bir də mən. “Uşaqlığın son gecəsi” filmi başlanan kimi qaranlıqda gəzən iki milis işçisi. Bax, onlardan biri Səməndər idi.”
Səməndərin kinoda ilk böyük işi isə rejissor H.Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” tarixi-bioqrafik filmindəki Şirvanşah İbrahim obrazıdır. O, bu rol üzərindəki işi barədə demişdir: “Uşaqlığın son gecəsi”ndəki epizodik rolum nəzərə alınmazsa, Şirvanşah İbrahim mənim kinoda ilk işimdir. Bu, çox mürəkkəb bir obrazdır, filmdə əsas yerlərdən birini tutur. İbrahim qeyri-müəyyən xarakterli şəxsiyyətdir. Onun fikirlərini anlamaq, əsas məqsədini başa düşmək çox çətindir. Çünki düşdüyü vəziyyətə uyğun olaraq özü də dəyişir. Məsələn, bir tərəfdən o, Nəsimini yüksək qiymətləndirir, onu Nizamidən sonra ikinci şair adlandırır, digər tərəfdən isə guya “Şirvanın xilası naminə” Fəzlullah Nəimini Teymurləngə qurban verir.
Filmdə onun Nəsimi ilə belə bir dialoqu vardır. İbrahim şah soruşur: “Fəzlin elminə istinad etmədən döyüşmək olmazmı?” Nəsimi ona cavab verir: “Döyüşərsən məhv olarsan!”. İbrahim şah Nəsiminin böyüklüyünü məhz bu zaman dərindən başa düşür. Dərk edir ki, elm hökmranlıqdan, taxt-tacdan çox-çox yüksəkdir; həqiqətən də “elmli şah ikiqat Allahdır.” Buna görə də Nəsiminin Hələbə getməsinə razı olmur, “Sən Azərbaycana gərəksən”, - deyir.
“Şirvanşah İbrahim qeyri-müəyyən obraz olsa da, çox xoşuma gəlir.”
S.Rzayev kinoda 20-dən artıq filmdə irili-xırdalı rolda çəkilmişdir. Bunların arasında “Qatır Məmməd” (1974, Kəndxuda Əhəd), “Çarvadarların izi ilə” (1974, Səməndər), “Ad günü” (1977, qonşu Faiq), “Od içində” (1978, Tomar bəy), “Babək” (1979, İbn Bais), “Babamızın babasının babası” (1981, Əliquliyev), “Evlənmək istəyirəm” (1983, Həsənağa), “Qara gölün cəngavərləri” (1984, dükançı), “Bağ mövsümü” (1985, Ağamirzə), “Bəyin oğurlanması” (1985, Hidayət müəllim), “Xüsusi vəziyyət” (1986, qəzetin məsul katibi), “Şəhərli biçinçilər” (1986, Bünyad) və s. bədii, televiziya bədii filmləri vardır.
Adlarından da göründüyü kimi, rejissorlardan R.Ocaqov, T.İsmayılov, Ş.Mahmudbəyov, E.Quliyev, T.Tağızadə, C.Mehdiyev, Ə.Əbluc, C.Mirzəyev, V.Mustafayev, Əbdül Mahmudov aktyor S.Rzayevi öz filmlərində çəkmişlər.
Görkəmli rejissor, aktyor və pedaqoq Mehdi Məmmədov S.Rzayev barəsində demişdir: “O, obrazlarla çox gözəl dil tapa bilir. Peşəkar teatr xadimi olmağıma baxmayaraq, bəzən onun potensial gücünə, qabiliyyətinə qibtə edirəm.” Gənc aktyor haqqında məşhur sənətkarın fikir söyləməsi heç də sözgəlişi deyilməmişdi. İstər teatrda, istər kinoda, istərsə də televiziya tamaşalarında ifa etdiyi rollar barədə nəinki M.Məmmədov, digər sənət adamları da öz sözlərini demişlər.
Xalq artisti, rejissor Tofiq Tağızadənin xatirələrindən: “Səməndər çox özünəməxsus aktyor idi. Onun yaradıcılığı təkcə teatrımıza yox, kinomuza da işıq saçmışdı. İki filmdə onunla işləmək mənə nəsib olub: “Babamızın babasının babası” və “Bağ mövsümü”. Birinci filmdə o, epizodda idi. Amma yadımdadır, bu filmi Moskvada təhvil verəndə tənqidçilərdən biri bu epizod haqqında belə dedi: “Bu, sovet kinosu müntəxabatının ibrətamz epizodlarından biridir. Səməndər obrazı özününküləşdirə bilirdi, yaratdığı tipajları daxilindən keçirirdi. “Bağ mövsümü”ndə mən bunun bir daha şahidi oldum. Səsi isə qəribə bir aləm idi. Bir-birinə əks obrazları elə ustalıqla səsləndirirdi ki, elə bil heç bunlar eyni aktyorun dilindən çıxmırdı. Onunla işləmək rejissor üçün çox asan idi.”
Xalq artisti Həsən Məmmədov Səməndərdən söhbət düşəndə deyirdi: “Mən onu “Bağ mövsümü” filmində işləyəndə tanıdım. Qəribə xasiyyəti var idi Səməndərin. Çox vaxt çəkilişə elə birbaşa məşqsiz başlayırdı. Çəkiliş meydançasında improvizələri yerinə düşərdi. Ona görə də hər şey öz qaydasında olardı. O, bir aktyor kimi nə qədər yüksəkdə dururdusa, insan kimi bir o qədər də sadə və təvazökar idi.”
“Babamızın babasının babası” kinokomediyasında göstərilir ki, Əziz baba vəzifəli şəxsin-raykom katibi Əliquliyevin oğlu Cəfərə zorla ərə verilən gənc qız Zeynəbi toy günü atın tərkinə alib qaçırır. Filmdə Əliquliyevin obrazını S.Rzayev yaratmışdır. Əliquliyevin düşdüyü vəziyyəti aktyor o qədər təbii və inandırıcı oynayır ki, onun eyni zamanda komik və dramatik ifasına, təpənin başında rəqs edə-edə keçirdiyi əsəb gərginliyinə heyran qalmaya bilmirsən.
Mənəvi-əxlaqi problemlərə toxunan “Bağ mövsümü” filmində belə bir epizod var: kolxoz bazarının müdiri Ağamirzənin ailəsinin bağ mövsümü ilə əlaqədar Ağababanın həyətini kirayə alıb bura köçməsi ilk dəqiqələrdən hər şeyi alt-üst edir. Həyətdə iti görən müdir arvadı Əminə xanım əsəbi halda: “Bircə itimiz çatmırdı. İndi də itə görə uşaqlar otaqdan çıxmamalıdırlar?” -deyərkən Ağamirzə cavabında: “Qəribə adamlarsız. Narahat olmağa dəyməz. Zəncirlə bağlayarlar, hər şey düzələr, düzdür, qızım?” – deyir.
Başqasının həyətində hökmlə danışan, özünün bildiyi kimi hərəkət edən Ağamirzənin rolunu S.Rzayev ifa etmişdir. Aktyorun ifasında bazarkom Ağamirzə hər şeyin pulla həll olunduğunu dərk edən, şəxsi mənafeyini ictimai mənafedən üstün tutan, tamahkar və rüşvətxor bir tipdir. Məhz rüşvət verməklə də o, oğlu Adili instituta düzəltmək istəyir.
Ağamirzəyə xas olan cizgiləri qabarıq şəkildə tamaşaçıya çatdıra bilməsi aktyorun yüksək sənətkarlıq qabiliyyətini bir daha təsdiqləyir. Filmlərdə və tamaşalardakı rollar böyük, ya da kiçik olur. Bu kiçik rolları ətə-qana gətirmək, onu tamaşaçının hafizəsində yaşatmaq aktyorun peşəkarlığından çox asılıdır. Belə bir kiçik rolu – dükançını rejissor Ənvər Əblucun “Qara gölün cəngavərləri” tarixi–inqilabi filmində S.Rzayev ifa etmişdir. Çox doğru olaraq müəllif B.Bayramov “Qara gölün cəngavərləri” resenziyasında yazır ki, əsl sənətkarın yaradıcılıq hünəri ən kiçik məqamda bir-iki cizgi ilə özünü büruzə verə bilər. Tamaşaçı bu yaradıcı keyfiyyəti əməkdar artist, dövlət mükafatı laureatı Səməndər Rzayevin dükançısında, Kamil Məhərrəmovun satqın Əbdüləlisində görür.”
Təsadüfi deyil ki, kiçik rolları həvəslə oynayan aktyor bununla bağlı maraqlı bir fikir söyləmişdi: “Kiçik açarla böyük qapılar açmaq olar.” Bu fikri o, filmlərdə ona tapşırılan epizodik rollarda ustalıqla reallaşdıra bilirdi. Böyük sənətkar S.Rzayev 29 il bundan əvvəl bizi tərk etsə də, onun şirin və ecazkar danışığı bu gün də qulaqlarımızda səslənir: “Ay camaat, bu kino çox qəliz məsələdir, həm qəlizdir, həm də vacibdir”. Və yaxud çəkiliş meydançasına toplaşmış kənd camaatına üzünü tutub uca səslə deyir: “Ə, nə təfavütü var, ə, bunun, burdan eşit, burdan da oyna da...”
S.Rzayev xalq arasında zərb-məsələ çevrilmiş bu sözləri rejissorlardan Ceyhun Mirzəyev və Vaqif Mustafayevin “Bəyin oğurlanması” filminin qəhrəmanı – kolxoz sədri Hidayət müəllimin dili ilə bizə çatdırır. Filmə baxarkən aydın olur ki, aktyor Hidayət müəllimin timsalında bir çox kolxoz sədrlərinin obrazını yaratmışdır. Kolxoz sədrinin gah komik, gah da ciddi şəkil alması biz tamaşaçılarda belə fikir yaradır ki, o, əhali ilə nə qədər səmimi danışsa da, bu, ilk baxışdan belə görünür. Özünü “müəllim” adlandıran Hidayəti əslində “Böyük dayaq” filmindəki kolxoz sədri Rüstəm kişi kimi kənd camaatına arxalanmayan rəhbər işçi simasında görürük. Camaat içərisində olmağı lazım bilməyən sədr: “Necə yəni oynamırlar, indi oynarlar” - deyib eyvana qalxır, öz məşhur nitqini söyləyir. Və ağsaqqallardan tutmuş gənclərə kimi hamını rəqs etməyə məcbur edir. Hidayət müəllimin danışığında amiranəlik var. O, camaat qarşısında çıxış edərkən sifət cizgiləri belə sərtləşir. Ciddi şəkil alır, baxışlarındakı sərtlik açıq-aydın görünür.
Belə bir amiranə nitqli, sərt baxışlı personajla rejissor C.Mehdiyevin “Evlənmək istəyirəm” musiqili kinokomediyasında da rastlaşırıq. Bu, S.Rzayevin yaratdığı məşhur Həsənağa obrazıdır. Aktyor istedadı və bacarığı sayəsində adi bir deyim tərzilə, xırda ştrixlərlə sosial bərabərsizliyin tipik burjua nümayəndəsinin surətini ekranda ustalıqla canlandırır.
Həsənağanın Mirzə Səfərlə dialoqu fikrimizi bir daha təsdiqləyir.
Həsənağa: - Mirzə Səfər?
Mirzə Səfər: - Nə buyurursunuz, ağa?
Həsənağa: - Niyə yoldan çıxmırsan, qorxmursan atlar səni ayaqlar? Axı, Allah – təalə bu heyvanlara ağıl verməyib.
Mirzə Səfər: - Allah yaxşı ki bu atlara ağıl verməyib. Yoxsa işimiz fani olardı. Bir gün biz onları faytona qoşanda, o biri gün onlar bizi faytona qoşub minərdi.
Həsənağa: - Bu xalq da gündən-günə qudurub başa çıxır, hər qor-qoduq özünü adam yerinə qoyur. Sür gedək.
Bütün varlığını böyük amal uğrunda mübarizəyə həsr edib bu yolda həyatını qurban vermiş məşhur Azərbaycan sərkərdəsi Babəkə həsr olunmuş eyni adlı filmdə qəhrəmanın yadelli işğalçılara qarşı mübarizəsindən danışılır. Bu filmdə S.Rzayev özünü Babəkə dost kimi göstərən, əslində isə məqamı gələndə onu ərəb sərkərdəsi Afşinə satan İbn Baisin surətini yaratmışdır. Filmin əvvəlində İbn Bais Babəkin dəstəsinə qoşularkən ona deyir: “Yaşa, var ol, Babək! Dost kimi hüzuruna gəlmişik... Bu gündən sənin bayrağın bizim də istiqlaliyyət bayrağımızdır... Çünki sənin kimi biz də bu torpağın övladıyıq. Yurdumuzun fəlakəti bizim fəlakətimiz, yurdumuzun səadəti bizim səadətimizdir. Qəbul elə bizi müttəfiq kimi, sənə sadiq qalacağımıza and içirik”.
İbn Bais – S.Rzayev son anda andını pozur, Babəkə xəyanət edir. Aktyor yığcam oyunu ilə personajının çirkin daxili aləmini, pozğun mənəviyyatını sənətkarlıqla açıb göstərir. Səməndər uzun illər kinostudiyanın Xronika və Dublyaj şöbələrinin, “Mozalan” satirik kinojurnalının işində də fəal çalışmış, radio ədəbi-bədii verilişlərində qızıl fonda daxil edilmiş obrazlar qalereyası yaratmışdır.
Teatrda olduğu kimi, kinoda da Səməndər Rzayevin özünəməxsus yaradıcılıq yolu var idi. Gur səsi, şaqraq gülüşləri, koloritli xarakteri, yaratdığı obrazların, tipajların inandırıcı və dolğun olması, səciyyəvi xüsusiyyətləri ilə bu aktyor, ustad sənətkar özünü tamaşaçılra sevdirə, onların qəlbinə yol tapa bildi. Adını incəsənət, mədəniyyət tarixinə qızıl hərflərlə yazdırdı. Onun kinoda son işi rejissor Əbdül Mahmudovun “Şəhərli biçinçilər” televiziya bədii filmində (1986) Bünyad rolu oldu.
Görkəmli sənətkar S.Rzayev 1986-cı il martın 27-də, qəribə də olsa, məhz Beynəlxalq Teatr Günü gözlərini əbədi yumdu. Bu gün Səməndərin oğlu Rəşid atasının yolunu davam etdirir, qızı Rübabə xanım Azərbaycan radiosunda çalışır, incəsənət aləmində qələm sahibi kimi tanınır. Səməndər sənətdə, övladlarının, həmkarlarının, milyonlarla tamaşaçıların qəlbində yaşayır, həmişə də yaşayacaqdır.
Aydın Kazımzadə