• çərşənbə, 24 Aprel, 15:08
  • Baku Bakı 27°C

Şahin Atamov debütünü qələbə ilə başa vurub

22.09.19 13:38 593
Şahin Atamov debütünü qələbə ilə başa vurub
Karate üzrə Azərbaycan milli komandasının uzun illər kapitanı olmuş və Dünya Karate Federasiyasının (WKF) bir çox ən nüfuzlu rəsmi titullarının sahibi Şahin Atamov, Karate Combat "Evolution" peşəkar karate liqasında debütünü qələbə ilə başa vurub.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, idmançımız rəqibini birinci raundun 2-ci dəqiqəsində nokauta salıb.
Liqada "Aslan" ləqəbi ("The Lion") ilə çıxış edən Şahin Atamovun ağır çəkidə (93 kq) rəqibi isə liqada birinci döyüşünü qələbə ilə başa vuran Dominikanlı Xorxe Peres olub. Görüş 22 sentyabrda ABŞ-ın Florida şəhərində keçirilib.
Qeyd edək ki, döyüşlər hər biri 3 dəqiqəlik 3 raunddan ibarətdir və mübarizədə aşırma fəndlər də tətbiq olunur. Karate Combat liqası dünyada ilk tam kontakt peşəkar karate liqasıdır, mənzil-qərərgahı Nyu-Yorkda yerləşir. Liqanın 30-dan artıq ölkədən 100-dən çox tanınmış karateçi ilə müqaviləsi var və təşkilat yalnız titullu karateçiləri turnirə qəbul edir. Karate Combatın təşkilatçıları yeni qaydalara görə çempiona "Qızıl kəmər" təqdim edəcək və döyüşçü kəməri özü ilə apara biləcək. Şahin Atamovun qələbə döyüşünü təqdim edirik.
banner

Oxşar Xəbərlər