• cümə, 26 Aprel, 09:12
  • Baku Bakı 12°C

Rusiyalı deputat: "Azərbaycan və Ermənistan birbaşa danışıqlar aparmalıdır"

17.06.21 19:15 296
Rusiyalı deputat: "Azərbaycan və Ermənistan birbaşa danışıqlar aparmalıdır"
Bakı və Yerevan razılığa gəlməli, iqtisadi əlaqələri yeniləməli və sərhədləri açmalıdır.
AZƏRTACxəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bildirib.
Rusiyalı deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada imzaladıqları Əməkdaşlıq haqqında Bəyannamə təkcə Azərbaycan və Türkiyəyə deyil, eləcə də bütün qonşulara fayda gətirəcək. O deyib: "Müxtəlif ölkələrin, hər şeydən əvvəl Rusiyanın bu işə qoşulması baxımından bu, müsbət hadisədir. Əgər Türkiyə bu məsələdə iqtisadi cəhətdən kömək və iştirak edərsə, Azərbaycan, Ermənistan, İran, Türkiyə, Gürcüstan və Rusiya arasında qarşılıqlı iqtisadi fəaliyyəti dirçəltməyə kömək edərsə, mən də bunu alqışlayaram”.
Dövlət Dumasının komitə sədri kommunikasiyaların bərpasının vacibliyini vurğulayıb. O əlavə edib ki, hər hansı dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin açılması insanların yalnız xeyrinə olacaq. L.Kalaşnikovun sözlərinə görə, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası böyük və mürəkkəb prosesdir. Ermənistan bütün bu illər ərzində sərhədlərin bağlı vəziyyətdə olmasından əziyyət çəkir, buna görə iki ölkə - Azərbaycan və Ermənistan birbaşa danışıqlar aparmalıdır.
L.Kalaşnikovun fikrincə, Ermənistan Şuşa Bəyannaməsindən ehtiyat etməməlidir. Rusiya ilə Ermənistan arasında da hərbi müttəfiqlik mövcuddur və bu, Azərbaycanı əsla narahat etmir.
Deputat diqqəti ona çəkib ki, region ölkələri, xüsusən də Ermənistan və Azərbaycan arasında sıx siyasi, iqtisadi əlaqələr xalqların rifahına xidmət edəcək. O, Almaniya ilə Sovet İttifaqı arasında müharibədən sonrakı münasibətləri nümunə gətirərək bildirib ki, qanlı İkinci Dünya müharibəsinə baxmayaraq, Rusiya bu ölkə ilə tərəfdaşlıq əlaqələri qurur.
banner

Oxşar Xəbərlər