AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir”

“Rəsmi Bakının Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməzdir”

Cəmiyyət
13 Aprel 2021, 21:30 355
Rəsmi Bakının Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
APA-nın Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanda səfərdə olan Ukrayna Baş nazirinin müavini - Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin renteqrasiya məsələləri üzrə naziri Aleksey Reznikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.  
Görüş zamanı tərəflər regional təhlükəsizlik, qarşılıqlı faydalı layihələrdə birgə iştirak və digər mövzuları müzakirə ediblər.
Y. Eyyubov Ukraynaya Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü açıq şəkildə dəstəklədiyinə görə təşəkkür edib və bildirib ki, rəsmi Bakının da Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
A. Reznikov da öz növbəsində azərbaycanlı həmkarını Rusiyanın onun ölkəsinə qarşı davam edən silahlı təcavüzü, xüsusən də Ukrayna sərhədləri yaxınlığında rus qoşunlarının artması barədə məlumatlandırıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ortaq öhdəliklərin olduğunu təsdiqləyiblər.