AZE | RUS | ENG |

Prezident İlham Əliyev apardığı siyasətdə həmişə gənclərə önəm verir

Prezident İlham Əliyev apardığı siyasətdə həmişə gənclərə önəm verir
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür

Biz gənclərimizə böyük inamla yanaşırıq, Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir.

Bunu Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüşdə deyib.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti apardığı siyasətdə həmişə gənclərə önəm verir: "Bu təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlətimizin, istər cəmiyyətimizin, istər də partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun.

Məmmunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının bir hissəsi gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirlər, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər”.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycan gəncləri yaxşı təhsil almalıdır: "Biz istəyirik ki, Azərbaycan gəncləri yaxşı təhsil alsınlar, gözəl biliklərə yiyələnsinlər, Vətənimizin inkişafı naminə ləyaqətlə xidmət etsinlər. Eyni zamanda, istəyirik ki, gənclərimiz sağlam böyüsünlər, idmanla, bədən tərbiyəsi ilə məşğul olsunlar. Ona görə bu idman kompleksi gənclərin idmanla məşğul olmalarına hər cür şərait yaradır. Bizim bu layihənin məqsədi ondan ibarətdir ki, gənclərimiz öz istəklərinə uyğun olaraq ayrı-ayrı idman növləri ilə, bədən tərbiyəsi ilə məşğul olsunlar. Biz idman federasiyaları ilə birgə gənclərimizə bu imkanları təmin edəcəyik”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967