AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neymar rəhbərliyi və həkimləri ittiham etdi

Neymar rəhbərliyi və həkimləri ittiham etdi

İdman
19 Fevral 2020, 13:45 1991
PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının 1/8 finalında "Borussiya” ilə keçirilən oyundan sonra açıqlama verib. 
 
Kaspi.az xəbər verir ki, Neymar 4 oyun meydanda olmadıqdan sonra oynamağın çətin olduğunu deyib. O, klub rəhbərliyini və həkimləri tənqid edib: 
 
"4 oyun dalbadal oynamadıqdan sonra hər şey çətin olur. Ancaq bu mənim seçimim deyildi. 
 
Bu, klub rəhbərliyinin və həkimlərin qərarı idi. Biz bu barədə çox danışdıq və bu da mənim xoşuma gəlmədi. 
 
Mən oynamaq istəyirdim, özümü yaxşı hiss edirdim. Amma klubdakılar qorxdular və bu da mənə təsir etdi”.
 
PSJ "Borussiya”ya 1:2 hesabı ilə məğlub olub. Paris klubunun qolunu Neymar vurub. Bu komandalar arasında cavab qarşılaşması martın 11-də Parisdə keçiriləcək.