Misir sultanı Şəcər xanım
Müsəlman qadın hökmdarlar içərisində xüsusi diqqət cəlb edən yeganə xanım Şəcər Üddür (“Üd-dür” mirvari ağacı deməkdir F.X ) olmuşdur. Orta əsrlərdə islam aləmində hüquqi olaraq dövləti idarə edən hökmdar qadınlardan tarixi baxımından ikincisidir. Qadınları guya qəfəsdə saxlayan müsəlman Şərqinin tən ortasında - Misirdə taxta çıxan Şəcər Üddür bunu necə bacarmışdır?
XIII əsrdə Misirdə səltənət sahibi Əyyubilərin təmsilçisi Məlik Saleh 10 ilə yaxın hakimiyyətdə olmuşdur. Müxtəlif müharibə və üsyanların ram edilməsində şücaət göstərsə də bəzən çox ehtiyatsızlığı başına yeni bəlalar da gətirirdi. Yaxşı silahlanmış qullar onun inamından sui-istifadə edərdilər. Xarici qüvvələr bir yana, yerli qullarla çarpışmaq hökmdarı üzərək xəstələndirib. Onun xəstəlik xəbəri ordudakı intizamı zəiflədib. Məlik Salehin övladlarından Turan şah adlı bir oğlu qalmışdı. Məlik Saleh əslində oğlundan çox narazı idi. Çünki Turan şah içkiyə aludə, gününü kef məclislərində keçirən biri olmuşdur. Ancaq hökmdarın başqa varisi olmadığından Turan şah vəliəhd idi. Həmin dövrdə Məlik Salehin istəkli arvadı Şəcər Üddür nəinki Misirin, hətta qonşu müsəlman ölkələrinin həyatında mühüm rol oynayan bir şəxsiyyət kimi tanınırdı. Şəcər türk əsilli Abdullahın qızı idi. Məlik Saleh onun gözəlliyinə məftun olaraq cariyyə kimi satın almışdı. Az sonra Şəcərin həm gözəl, həm də ağıllı qadın olduğu Məlik Salehin çox xoşuna gəlib. Bir övladları doğulandan sonra Şəcərlə kəbin kəsdirərərək onun daim yanında qalmasından, söhbətlərində iştirak etməsindən zövq alarmış. Şəcər Üddür vəfalı, ərini ürəkdən sevən bir xanım olub. Məlik Salehin ən ağır, qorxulu günlərində onu tək qoymayıb. Hətta Məlik Saleh yaxın qohumları tərəfindən əsir saxlandıqda da belə Şəcər ərinin yanında olub. Şəcərə üz verən müsibət- 6 yaşlı oğlu Xəlilin ölümü də onun müharibələrdən geriyə -dinc həyata qaytara bilməmişdi. Həmişə Məlik Salehin yanında olaraq ona məsləhət verən, tədbir fikirləşən sirdaşına çevrilmişdir. Şəcər yalnız Məlik Saleh deyil, bütün əmirlər inanır, onunla hesablaşırdlar. Məlik Saleh vəfat edəndə oğlu Turan şah çox uzaqda idi. Bu elə bir dövrə təsadüf edirdi ki, fransızlar Dimyatini işğal etmişdilər. Onlar bilsəydi ki, Misir taxt-tacında boşluqdur, bəlkə də bu fürsəti heç bir zaman əldən qaçırmazdılar. Bu təhlükədən ehtiyatlanan Şəcər ərinin ölümünü gizlədərək (Turan şah gələnə qədər –F.X.) “ Sultan xəstədir, heç kimi qəbul etmir” deyərək yalnız etibar etdiyi əmirlərə Məlik Salehin öldüyünü bildirmişdir. Sultanın imzasını təqlid edən məlikə fərmanlar verirdi. Dustaqlar azadlığa buraxılır, müəyyən vergilər ləğv edilir, bəzi əmirlər vəzifələrindən çıxarılır, xütbələrdə Turan şahın adı atasının ismi ilə qoşa çəkilirdi. Məlik Salehin görünməməsi və ona xas olmayan fərmanların verilməsi xalqı şübhəyə salsa da kimsə bunu dilə gətirməyə cürət etmirdi
Nəhayət Turan şah Qahirəyə gəlib çıxdı. Şəcər Üddür bundan sonra Məlik Salehin öldüyünü elan etdi. Turan şaha sultan libası geyindirib taxta əyləşdirdilər. Amma o, ümidləri doğrultmadı. Gah fransızlara hücum etdi, gah yerli əhaliyə zülüm verdi...Eyş-işrətlə, soyğunçuluqla məşğul oldu. Analığı Şəcər Üddürün taxtı onun üçün qoruyub saxlamasını qiymətləndirmədi, əksinə ondan xəzinənin açarlarını tələb etdi. Atasının dost və əmirlərəni təhqir edərək küçədəki sərsəriləri onlarin adı ilə çağırdı. Onun əmirləri söyməsi, döyməsi , onlara ağır işgəncələr verməsi, hər kəsi öldürəcəyi ilə hədələməsi hamını cana yığmışdı. Zülmə tab gətirməyən insanlar birləşərək Turan şaha hücum ediblər... Turan şah cəmi 70 gün hökmdarlıq edə bildi. Onun ölümü ilə 81 il davam edən Əyyubi səltənəti Misirdə sona çatdı, yerini Məmlük sultanlığı tutdu.
Misirdə Məmlük sultanlığının ilk hökmdarı Şəcər Üddürdür. Turan şah öldürüldükdən sonra ordu başçıları və əmirlər yeni hökmdar seçməkdə çox çətinlik çəkdilər. Uzun məşvərətdən sonra ağıl və kamalına bələd olduqları Şəcər Üddürü səltənət taxtına çıxarmağı qərara aldılar. Onun əri xəstə olanda Misir sultanlığını necə bacarıqla idarə etdiyini unutmamışdılar. Beləliklə, Şəcər Üddür seçki yolu ilə hakimiyyətə gətirilmiş oldu.
O, səltənət taxtında əyləşsə də adət olan hökmdarlıq libasını geyinmədi. Qərar və əmirlərinin üzərinə “Validəti Xəlil” (“Xəlilin anası”) sözləri yazılmış möhürü vururdu. Məlikə cümə günləri Misirin bütün minbərlərində xütbələr oxutmuş və öz adına pul da kəsdirmişdir.
Şəcər Üddür hökmdar seçildikdən sonra o dövrdə fransızların əlində olan Dimyat qalasının müsəlmanlara qaytarılması haqqında əyanlarla razılığa gələ bildi. Beləliklə, Bəhriyyə məmlükləri qalanı geri aldıqdan sonra müharibənin vurduğu maddi zərəri - 40000 dinarı da ödəməyi fransızlara məcbur etdilər. Əvəzində müsəlmanların əlində əsir olan kral IX Lüdoviki, kralica Marqaritanı və kralın qardaşını həbsdən azad etdilər. Fransız ordusunun pərişan halda çıxıb getməsini misirlilər bir-neçə gün bayram etdilər. Şairlər o günün şərəfinə şeirlər yazdılar. Şəcər qələbə münasibətilə əyan və əmirlərin çoxuna qiymətli hədiyyələr payladı, yüksək rütbələr verdi. Xalqdan alınan ağır vergiləri ləğv etdi, bəzilərini azaltdı. Ölkədə nizam və asayiş bərpa olundu. Tədbirli və mərd sultana xalqın məhəbbəti daha da artdı. Şəcər Üddür hər gün vəzirlərini xüsusi bir otağa toplayır, özü isə nazik bir pərdə arxasında əyləşərək söhbətə qoşulurdu. O, əmr və fərmanlarını imzalamağa tələsməzdi. Əvvəlcə məclis qurar, əmir və vəzirlərinin fikirini öyrənər, məsələni incəliklərinə qədər araşdırardı. Xalqı, əsgər və əmirlərini razı salan məlikə Misir sultanlığını müasirləri olan kişilərdən yüksək səviyyədə idarə edirdi. Ancaq Turan şahın Şama qaçan tərəfdarları və o dövrün xəlifəsi əl-Mustasım Billahın adamları birləşərək Şəcər Üddürü hakimiyyətdən yıxmağın yollarını axtarırdılar.
Çevriliş etmək istəyənlər bir qadının hökmdarlıq etməsinin düzgün olmadığını irəli sürərək üsyana başladılar. Halbuki Şəcər üsyana istiqamət verən xəlifəyə dərin hörmət bəsləyirdi. Suriyadan məmlük dövlətinin ilk hökmdarına qarşı təşkil edilən narazılıqlar o qədər artdı ki, axırda Bağdaddan da Misirə təhdid məktubu gəldi. Xəlifə yazırdı: “Əgər aranızda Misirə sultanlıq edə biləcək bir kişi yoxdursa, biz sizə sultan göndərək. Dövlətin ixtiyarını bir qadına təslim edən xalq xoşbəxtlik tapmaz. Müqəddəs hədisi bilmirsinizmi?” Bu sözlər misirliləri dərin düşüncələrə daldırdı. Şam, Hələb və Yəməndə Əyyubi nəslindən çoxlu prinslər olduğu halda türk əsilli qadın yeni bir xanəndənin qurucusu kimi Misir taxtında əyləşmişdi. Məsləhətsiz bir iş görməyən Şəcər Üddürdən əmirlər nə qədər razı qalsalar da Turan şahın tərəfdarları və Suriyadakı rəqib prinslərin içəridən qaynayan kinləri açıqca özünü göstərirdi. Qonşu ölkələrdəki çaxnaşmalar, xristian dünyasının səlibçi ordularının müsəlman ölkələrinə təhlükə mənbəyi olması, bundan başqa üç-dörd dövlətin sığınacaq tapdığı o zamankı Suriyanın Misirdən ayrılması Şəcər Üddürü narahat etməyə bilməzdi. Ölkənin vəziyyətini normal hala salmaq, Suriyanı yenidən Misirə bağlamaq üşün çıxış yolları tapmaq məqsədilə vəzir və əmirləri toplayaraq bu məsələdə onlardan kömək istədi. Məmlük əmirləri Şəcər Üddürdən çox razı olduqlarına baxmayaraq asayişi qorumaq məqsədilə onun hakimiyyəti tərk etməsini münasib saydılar. Beləliklə, üç ayın sultanı Şəcər Üddür öz-özünü hökmdarlıqdan azad etdi. Hakimiyyətdən bu cür cəkilmə əslində, Şəcərin onu istəməyən Bağdad xəlifəsinə qarşı məğrur bir nümayişi idi. Əmirlər çox sevdikləri məlikənin hakimiyyətdə saxlamaq niyyətilə onu ordu başçısı Türkmən İzzəddin Aybəklə evləndirdilər və onu sultan elan etdilər. Bu münasibətlə mərasim təşkil olundu. Xəlifəyə məktub göndərərək yeni sultanın taxta keçdiyini xəbər verdilər.
Aybəkin taxta çıxarılması ilə Şəcər Üddürün hökmdarlığında bir dəyişilik olmadı. O, əvvəldən necə hökmdarlıq edirdisə, Aybəklə evləndikdən sonra da pərdə arxasından dövləti yenə əlində saxlamaqda idi. Aybək əvvəldən onun nökəri olduğu üçün məlikənin əmirlərini yerinə yetirməyə öyrənmişdi. Şəcər Üddür gözəlliyi, ağlı, zəkası ilə hər hansı bir adamı cəlb etdiyi kimi Aybəki də özünə möhkəm bağlamışdı. O, Şəcərlə evlənərkən öz məmlükləri ilə Şəcər Üddürün məmlüklərini birləşdirərək qüvvətli bir qoşun yaradacağını düşünürdü. Ancaq qısa bir zamandan sonra birləşmiş qoşun zidd görüş və mənfəətlər güddüyü üçün iki yerə ayrıldı. Misirlilər Aybək kimi cəsarətli bir əsgərin hakimiyyətə gəlməsilə sakitlik yaranacağını gözləyirdilər. Suriya və Misirdə baş verən üsyanlar bu istəyin xəyal olduğunu təsdiqləyirdi. Əyyubilər öz nəsillərindən olan şəxsin hakimiyyətə keçməsini, Turan şahın qatillərinin Misir sultanlığından usaqlaşdırılmalarını istəyirdilər. Üsyanın qarşısını almaq və əyyubiləri razı salmaq üçün Musa adlı 8 yaşlı bir uşağı şərik olaraq Misir taxtına çıxardılar. Qəribə vəziyyət yarandı. Hər ikisinin adına pul buraxılır və xütbə oxunurdu. Sonralar baş verən qiyam və basqınlardan qalib çıxan Aybək hakimiyyətini möhkəmləndirmək, taxtda rəqibsiz və şəriksiz əyləşmək üçün ona qarşı çıxanlara amansızlıq edərək şiddətli qətillər törətdi. Əyyubiləri demək olar ki, məhv etdi və himayəsiz qalan rəqibini də zindana atdı. Minbərdə yalnız Aybəkin adına xütbələr oxundu.
Bütün bunlarla bərabər Misirin keçmiş sultanı- Aybəkin arvadı hakimiyyəti əlində saxlamışdı. Aybəkin xeyirinə taxtından könüllü getməsinə baxmayaraq Şəcər Üddürün adı yenə də xütbələrdə çəkilir və onun imzası ilə fərmanlar da verilirdi. Aybək hələ adi əsgər olduğu günlərdə Şəcərin yaxşılığını görmüş, onun sayəsində irəli çəkilmiş, zəka və hökmdarlıq qabiliyyətinə heyran olduğundan Şəcəri usdad kimi qəbul etmişdi. Bu səbəbdən də Şəcərlə evləndikdən sonra da onun sözü ilə oturub-dururdu. Səltənət ortağını yox etdikdən sonra Şəcərin onun üzərindəki hökmranlığını artıq qəbul edə bilmirdi. Şəcər Üddür Aybəkdən keçmiş arvadını boşamasını tələb etsə də israrı boşa gedirdi. Bir tərəfdən də münəccim Aybəkə qadın əli ilə öldürüləcəyini xəbər vermişdi. Həmin qadının da Şəcər Üddürdən başqası olmadığını bildirmişdir. Aybək münəccimin sözlərinə o qədər inandı ki, hökmdarlığına kölgə salan arvadı - Şəcərdən qurtulmaq üçün yollar axtarmağa başladı. O, Şəcərin qürurlu, əyilməz qadın olduğunu yaxşı bilirdi. Onu sındırmaq üçün Mosul hökmdarının qızına elçi göndərərək nişanlandı. Aybək bu hərəkətilə sarayda necə bir faciə hazırladığını düşünə bilməzdi. Aybək hökmdar qızı ilə evlənməklə Şəcəri sarayda və məmlüklər arasında hörmətdən düşəcəyini zənn etmişdi. Aybək bacarıqlı, qorxmaz əsgər olmasına baxmayaraq həssas və sədaqətli deyildi. Çoxluq tərəfindən sevilən, həmişə öz tədbirlərində uğur qazanan bir qadının- həm hökmlü, həm də duyğulu bir xanımın ruhunda qoparacağı fırtınaları anlayacaq qabiliyyətə malik deyildi.
Həmişə tərif eşidən, heyranlıqla qarşılanan, yüksək məqamlarda olan, rəsmən və felən sultanlıq etmiş, yaxın zamanlara qədər könlünə və işlərinə hökm etdiyi Aybəkin onun üstünə hökmdar nəslindən bir qadın almasına dözə bilmədi. Qısqanclıq, kədər və qəzəb əsəblərini pozdu. Zərif duyğularının yerini intiqam hissləri aldı. Bundan başqa varlığını bir vahimə də bürüdü. Aybəkin onu öldürəcəyindən qoxdu. Bu da əbəs deyildi. Aybək qantökən, günahsız insanları yox etmiş birisiydi...
Şəcər taxtı başqalarına vermək niyyətinə düşsə də heç kim bu təhlükəli sazişə qol qoymadı. Şəcər başın da itirmişdi, ağlını da...
Aybəkin ölümü ilə bağlı tarixçilərin verdiyi məlumatlar müxtəlifdir. Bir versiyada hamamda çimərkən kölə və xadimələr tərəfindən boğulduğu yazılıb. Başqa bir rəvayətdə isə belədir. Möhsün əl-Cövhəri ( saray xadimi-F.X.) öz adamları ilə birlikdə onun üstünə atılaraq yerə yıxıb əl-qolunu bağlayıblar. Etdiyi xəyanətə görə öldürəcəklərini deyiblər. Aybək arvadından imdad istəyib. Bağışlanmasını xahiş edib. Şəcər Üddürün ürəyi yumşalıb. Möhsünə onu buraxmasını əmr edib. Amma kölə bu əmrə əməl etməyərək söyləyib: “Onu buraxsaq, nə bizi, nə də səni sağ qoyacaq”.
...Aybəkin ürək keçməsindən öldüyü deyilsə də, onun arvadı tərəfindən öldürüldüyü əmirlər arasında yayıldı. Nəticədə Aybəkin 15 yaşlı oğlu Nurəddin Əlini sultan elan etdilər.
Təbii ki, bütün bu baş verənlərdən sonra Şəcərin aqibəti yaxşı olmadı. Tarixçilərin yazdığına görə onu Aybəkin keçmiş arvadının təkidi ilə öldürərək xəndəyə atıblar. Hökmdarlığı dövründə gözəlliyi, zəkası, zərifliyi və cazibədarlığı ilə bir ulduz kimi parlayan müsəlman hökmdarı neçə gün qala dibindəki xəndəkdə qalib. Uzun axtarışdan sonra yaxın adamları Şəcər Üddürün nəşini taparaq özünün tikdirdiyi məscidin içərisindəki türbədə dəfn ediblər.
Misirli şəhzadələrdən Qədriyyə Hüseyinin fikrincə, Şəcər Üddür fövqəladə insandı, lakin Aybəkin xəyanəti bu güclü qadını öz hissiyatına məğlub etdi və adiləşdi. Türkiyəli tarixçinin də fikiri maraqlıdır. Doktor Bəhriyə Üçok söyləyib ki, Şəcər Üddür yenə də fövqəladəliyini mühafizə etmişdir. Şərq hökmdarlarının 80 faizi canını və taxtını qoruya bilmək üçün öz rəqiblərini öldürməyə məcbur olublar. Şəcər Üddürün də eyni çarəyə əl atması, böyük bir ehtimala görə özünü müdafiə məqsədi güdmüşdür. Bu fikiri digər tarixçilər də təkrarlayıb. Hadisələrin gedişi də bunu təsdiqlədi. Şəcər Üddür bacarıqlı, dindar, xeyirxah, mərhəmətli bir hökmdar olmuşdur. O, Misirdə yeni bir dövlətin-Bəhriyyə məmlüklərinin dövlətinin yaradıcısı kimi adını tarixə yazdı. Məkkəyə Kəbənin üstünə örtük göndərmək adətini də ilk dəfə Şəcər Üddür həyata keçirmişdir.
Flora Xəlilzadə,
əməkdar jurnalist