• cümə, 26 Aprel, 12:18
  • Baku Bakı 23°C

Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olunub - SİYAHI

23.09.21 16:45 441
Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olunub - SİYAHI
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun "Baş məşqçilərin təyinatı haqqında" olan əmrinə əsasən, 28 avqust - 8 sentyabr 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar olaraq 2021-2024-cü illər üzrə Milli Paralimpiya komandalarına idman növləri üzrə baş məşqçilər təyin olunub.
Bu barədəKaspi.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Əmrə əsasən;
1. İbrahimov İbrahim Eldar oğlu-kişilərdən ibarət cüdo idman növü üzrə milli komandanın,
2. İbrahimov Ramin İbrahim oğlu - qadınlardan ibarət cüdo idman növü üzrə milli komandanın,
3. Panyutin Oleq Viktoroviç- atletika idman növü üzrə milli komandanın,
4. Culfayev Alavərdi Abasoviç-üzgüçülük idman növü üzrə milli komandanın,
5. İbişov İlqar Əsgər oğlu - pauerliftinq idman növü üzrə milli komandanın,
6. Abdullayev Yusif İnqlab oğlu - güllə atıcılığı idman növü üzrə milli komandanın,
7. Abbasov İlqar Əziz oğlu - kamandan oxatma idman növü üzrə milli komandanın,
8. Tağızadə Fərid Əvəz oğlu-para-taekvondo idman növü üzrə milli komandanın,
9. Abdullayev Zahir Abdulla oğlu-qolbol idman növü üzrə milli komandanın,
10. Məhərrəmov İlham Nadir oğlu-boccia idman növü üzrə milli komandanın,
11. Qubuşova Ruqiyyə Heydər qızı - stolüstü tennis idman növü üzrə milli komandanın,
12. Məlikov Asəf Adil oğlu - qılıncoynatma idman növü üzrə milli komandanın,
13. Həsənquliyev Amid Umud oğlu - para-velosiped idman növü üzrə milli komandanın,
14. İsmayılov Məhəmməd Sahib oğlu - qış idman növləri üzrə milli komandanın baş məşqçiləri təyin ediliblər.
banner

Oxşar Xəbərlər